28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Şahin Diniyev: “Təkcə Foqtsun istefası ilə iş bitmir”

“Həmkarımın işdən getməsi futbol adamı kimi mənə ağır gəlir. Amma Foqtsun gedişini normal qarşıladım. Çünki hər şey buna doğru gedirdi”. Futbolxeber.az saytına verdiyi müsahibədə bu sözləri milli komandamızın keçmiş baş məşqçisi Şahin Diniyev deyib.

Diniyev millinin uğursuzluğunun günahını tək Foqtsa görmədiyini bildirib: “Gedənin dalınca pis danışmaq istəmirəm. Amma fakt budur ki, pis-yaxşı Foqtsun Azərbaycan futbolunda xidmətləri olub. Baş məşqçinin işi hər zaman nəticəylə ölçülür. Komanda uğursuz çıxış edirdi və Foqts da özündə cəsarət taparaq, məsuliyyəti üzərinə götürərək vəzifəsindən getdi. Lakin bu o demək deyil ki, yeni gələn məşqçiylə hər şey düzələcək. Xeyr. Hər şeyi analiz edib, düzgün nəticə çıxarmaq və uğursuzluğun səbəbini tapmaq lazımdı. Təkcə baş məşqçi dəyişikliyi ilə iş bitmir. Sabah yeni baş məşqçi gələcək, lakin hər şey 360 dərəcə dəyişməyəcək”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31