23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qəbələ” “Qarabağ”la oyuna hazırlaşır

Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində oktyabrın 17-də Bakıda “Qarabağ”la qarşılaşacaq "Qəbələ” matçın hazırlıqlarını davam etdirir. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, AZAL-la oktyabrın 9-da keçirilən yoxlama oyunundan sonra 1 günlük istirahət edən komanda ardından bərpa etdiyi hazırlıqlarının Qəbələ mərhələsini başa vurub. Zədə səbəbindən bir müddət hazırlıqlardan kənar qalan Dodo da bu çalışmalarda iştirak edib. Fərqi proqramla çalışan Volodimir Levin isə komanda ilə məşq keçmir.

Dünən doğma stadionda son məşqinə çıxan komanda bu gün səhər saatlarında paytaxta yollanacaq. Dorinel Muntyanunun yetirmələrinin oyun öncəsi son məşqi qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Milli komandaların düşərgələrindən qayıdan futbolçular da məhz həmin məşqdə komandaya qoşulacaq. Yığmaya yollanan, amma zədə üzündən İtaliya və Xorvatiya ilə matçlarda iştirak edə bilməyən Ruslan Abışovla Ruslan Əmircanov da Bakıdakı məşqdə komandaya qoşulacaq.

Qeyd edək ki, “Qarabağ”la Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 19:30-da başlayacaq. Matç "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30