18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Azərbaycan futbolunda növbəti saxtakarlıq

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, I divizionun VI turunun “Kəpəz” - “Mil-Muğan” matçında “Mil-Muğan” klubunun futbolçusu Məmmədov Rəmzinin sənədlərinin saxta olması aşkar olunub. Futbolçuya və kluba lazımı sənədləri təqdim etmək üçün müddət verilsə də, qeyd olunmuş vaxta kimi sənədlər təqdim olunmayıb. İntizam Komitəsinin tələb etdiyi sənədləri təqdim edə bilmədiyinə görə və matçın protokolunda “Kəpəz” klubunun etirazını nəzərə alaraq aşağıdakı qərarlar qəbul olunur.

2014/2015 mövsümündə, Azərbaycan I divizionunda Rəmzi Məmmədovun istirakı ilə keçirilən “Mil-Muğan” klubunun bütün oyunlarına 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 1000 manat cərimə olunur.

“Mil-Muğan” klubunun futbolçusu Rəmzi Məmmədovun AFFA və PFL in bayrağı altında keçirilən bütun yarışlara 1 illik qadağa qoyulur və klub 1000 manat cərimə olunur.

“Kəpəz” klubunun 4 , “Mil-Muğan” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30