23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Foqts: “6-7 il əvvəl Azərbaycan Xorvatiyaya 0:10 hesabı ilə uduzardı”

Milli komandamızın baş məşqçisi Berti Foqts Xorvatiya ilə oyundan sonra (0:6) keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Xorvatiyalı jurnalistlər 5 müdafiəçi ilə oynadığımıza görə bizə gülürdülər. Bu qədər ultramüdafiə nəyə lazım idi?

- Yəqin ki, xorvatiyalı jurnalistlər dünya çempionatına baxmayıblar.

- Cinahlarda Xorvatiya yığması çox güclü idi. Siz isə onlara qarşı oynaya bilmədiniz...

- Futbolçulara cinahlarda rəqibə qarşı yaxın oynamağı tapşırmışdım. Təəssüf ki, biz passiv müdafiə olunduq. Bizdə rəqibə yaxın oynamağa son dəqiqələrə kimi güc qalmır. Ona görə də bu alınmır.

- Siz özünüzdə günah görmürsünüzmü?

- Artıq 20-ci dəqiqədən sonra bizdə güc qalmamışdı. Biz azərbaycanlı futbolçuların yaxşı oynadığını görmüşük. Amma bu gün alınmadı. Mən bu gün futbolçulardan az səhv etmişəm.

- Sonuncu mətbuat konfransında demişdiniz ki, 6-7 il əvvəl İtaliyaya 0:6 hesabı ilə yenilərdik. Bu məntiqlə Xorvatiyaya 6-7 il əvvəl 10:0 hesabı ilə uduzardıq.

- Əgər 6 il əvvəl 2 oyun arasında 3 gün fərq olsaydı, yəqin ki belə olacaqdı.

- Mahir Şükürovla Vaqif Cavadov bu oyunda kimdən əskik idi?

- Bu suala cavab vermək istəmirəm. Onlar Italiyaya qarşı bəlkə oynayardılar, amma bu matçda yox

 


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30