23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Jaba: “Bakı”ya kömək edə biləcək səviyyədə olmasaydım, heç bura gəlməzdim” (Müsahibə)

Yenidən “Bakı”ya qayıdan braziliyalı hücumçu Jaba Futbolxeber.az saytına eksklüziv müsahibə verib.

- 2 ildən sonra yenidən “Bakı”dasan. Kluba qayıdışın necə baş tutdu?

- Mən “Bakı”dan getsəm də, klubu daim diqqətdə saxlayırdım. Burada xeyli dostlarım var. Həm onlarla mütəmadi olaraq əlaqə saxlayırdım, həm də internet vasitəsi ilə komandanın çıxışını izləyirdim. “Bakı”da 3 il çıxış etmişəm. Burada çox yaxşı günlərim olub. Onları unutmaq qeyri-mümkündür. İndi də komandaya kömək olmağa gəlmişəm.

- Bir çox futbolçular maddi duruma görə “Bakı”dan getdi...

- Mən başqaları haqda heç nə deyə bilmərəm. Amma tanıyanlar bilir ki, pul heç vaxt mənim üçün birinci sırada olmayıb. Əgər, maddiyatı düşünsəydim, burada olmazdım. “Bakı”nın qəlbimdə xüsusi yeri var. Bu klubun Hafiz Məmmədov kimi prezidenti var. Hafiz Məmmədov kimi prezidenti olan klub isə daim ən yüksək pillələrdə olmalıdır.

- İndi azarkeşlıri bir sual maraqlandırır: əvvəlki Jabanı görə biləcəyik?

- Özüm haqqında nəsə desəm, düzgün olmaz. Hər halda, meydana çıxanda necə formada olduğum görünəcək.

- Yəni, formadasan?

- “Bakı”ya kömək edə biləcək səviyyədə olmasaydım, heç bura gəlməzdim.

- “Bakı”nın hazırda turnir cədvəlindəki mövqeyindən xəbərdarsan?

- Təbii ki, komandanın neçənci yerdə olduğunu, son 2 matçda “Araz Naxçıvan” və “Simurq” üzərində qələbə qazandığından xəbərim var. “Bakı” böyük klubdur və turnir cədvəlində tutduğu mövqedən asılı olmayaraq, böyük klub olaraq da qalacaq.

- Son olaraq azarkeşlərə sözün.

- Azarkeşləri çətin gündə “Bakı”ya dəstək olmağa çağırıram. Hər bir komandanın pis günü də olur, yaxşı günü də. Çətinliklər müvəqqətidir. Gəlib, komandaya dəstək olsunlar. Mən də öz oyunumla onları sevindirəcəyəm. “Bakı”nı qarşıda daha gözəl günlər gözləyir. Hər birimiz əl-ələ verib, komandanı layiq olduğu yerlərə qaldıracağıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30