29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi” - “Bakı” matçında qalib aşkarlanmadı (Yenilənib)

Çempionatda yaranan fasilədən istifadə edən “Neftçi” və “Bakı” klubları bu gün yoxlama oyununda üz-üzə gələcəklər. Futbolxeber.az saytı matçdan mətn şəklində onlayn reportaj təqdim edəcək.

“Neftçi” - “Bakı” 0:0 

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

“NEFTÇİ”: Saşa Stamenkoviç, Denis Silva, Emin Mehtiyev, Erik Ramos, Nikolas Kanales, Karlosa Kardosa, Nicat Qurbanov, Kaue, Rahil Məmmədov, Fəhmin Muradbəyli

“BAKI”: Davud Əsgərov, Cəmşid Məhərrəmov, Valeh Seyidov, Risto Ristoviç, Tural Qürbətov, Lukas Mario Horvat, Vüqar Bəybalayev, Pelagias Georgios, Elton Hüseynov, Elşad Manafov, Mahir Mədətov

***

Oyun başladı.

Geridə qalan 10 dəqiqə ərzində qapılar qarşısında təhlükəli epizod yaranmayıb. Yalnız "Neftçi" azarkeşlərinin fəallığını qeyd etmək olar.  

"Bakı" hesabı aça bilərdi. Lakin Mədətov ofsayta düşdü.

"Bakı" yenidən hesabı açmaq şansı qazandı. Lakin Valeh Seyidov topa toxuna bilmədi. 

"Neftçi"nin hücuma. Lakin rəqib müdafiəçilər topu uzaqlaşdırdılar.  

"Neftçi"nin cərimə zərbəsi təhlükəli alınsa da, qapıçı topu uzaqlaşdıra bildi. 

"Neftçi"nin futbolçusu yerdə qalsa da, hakim "davam" işarəsi verdi. 

Ernest Nfor və Mirhüseyn Seyidov görüşü kənardan izləyirlər. Onlar bu gün meydana çıxmayacaqlar. 

Matçda ilk sarı vərəqə "Neftçi"dən Emin Mehtiyevə göstərildi. 

"Bakı"da ilk dəyişiklik. Mahir Mədətov zədələnərək, meydanı tərk etdi. Onun əvəzinə meydana Nuran Qurbanov daxil oldu. 

Nicat Qurbanovun qüvvətli zərbəsi müdafiəçiyə tuş gəldi. 

İlk yarı qolsuz başa çatdı. 

İkinci hissə başladı.

“Neftçi” ikinci hissəyə təhlükəli başladı. Künc zərbəsindən sonra müdafiəçilər son anda Denisin başla zərbə vurmasına imkan vermədilər. Nicat Qurbanovun zərbəsi isə qapının üstündən keçdi. 

Ümumiyyətlə, ikinci hissəyə "Neftçi" fəal başlayıb. 

"Bakı" oyundakı ən təhlükəli qol epizodunu boşa verdi...Valeh Seyidov yaxın məsafədən qapıya düşə bilmədi. 

“Bakı”nın qarşısında ardıcıl iki təhlükəli hücum. Əvvəlcə Nicat Qurbanovun zərbəsini rəqob qapıçı dəf etdi. Daha sonra isə Kardosanın başla zərbəsi qapının üstündən keçdi.

Ramosun uzaqdan zərbəsini “Bakı”nın qapıçısı tutdu. 

"Neftçi" ard-arda 2 künc zərbəsi yerinə yetirsə də, "Bakı"nın müdafiəçiləri topu uzaqlaşdıra bildilər. 

"Bakı"nın əks-hücumu təhlükəli alındı. Lakin dəqiq zərbə vurmaq mümkün olmadı. 

"Neftçİ" 2 dəfə qol yaxın oldu. Hər iki halda da qapıya Nicat Qurbanov zərbə endirdi. Birinci zərbə az fərqlə qapıdan aralı keçdi. İkinci halda isə "Bakı"nın qapıçısı inamlı oynadı.

"Neftçi" oyundakı ən real qol epizodunu yaxaladı. Lakin "Bakı"nın qapıçısı 4-5 metrdən endirilən zərbəni dəf edə bildi. 

"Neftçi"nin yerinə yetirdi cərimə zərbəsi qapıdan aralı keçdi. 

Matç başa çatdı. Görüş elə başladığı kimi - 0:0 hesabı ilə yekunlaşdı. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31