29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ayaz Mehdiyev: “Şadam ki, “şeytanın qıçını qıra” bildim”

 

"Rəvan"ın futbolçusu Ayaz Mehdiyev klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- "Turan”la son oyunda Premyer Liqada qol hesabını açdın. Bu haqda fikirlərini bilmək maraqlı olardı.

- Mənim üçün əsas komandanın uğurudur. Gec qol vurmağıma görə narahat deyildim əslində. Çünki komanda yoldaşlarıma yardım etmək, hücumların qurulmasında iştirak etmək də mənə zövq verirdi. Bu dəfə elə alındı ki, özüm qol vurdum. Qola görə yox, onun komandaya qələbə gətirməsinə görə çox şadam. Sevindiricidir ki, komanda məhz bu topla 3 xala sahib çıxdı.

- İlk qoluna imza atmaq üçün 437 dəqiqəyə ehtiyac duydun...

- Bu futboldu, hər zərbə qol olmur, eləcə də hər şansdan istifadə etmək olmur. Görünür, qismət həmin günə imiş. Şadam ki, "şeytanın qıçını qıra” bildim.

- Qol epizodunu öz sözlərinlə təsvir edərdin. Qol necə alındı?

- Kalonas topu Vareaya ötürəndə onun da mənə ötürmə verməsi üçün aradan açılmağa çalışdım. Mən ötürmə gözləyirdim. O isə zərbə endirməyə qərar verdi. Bütün fikrim topda olduğundan top müdafiəçilərə dəyib istiqamətini dəyişən kimi, ona doğru yönəldim. Elə vəziyyət idi ki, bir az geciksəydim, rəqib müdafiəçilər epizoda müdaxilə edə bilərdi. Ona görə də düşünmədən qapıya zərbə vurdum. Xoşbəxtlikdən dəqiq oynadım və qol komandaya qələbə qazandırdı.

- Cari mövsüm neçə qol vurmağı düşünürsən?

- Nə qədər çox olsa, bir o qədər yaxşı olar. Çalışacam ki, seriya yaxalayım və qollarıma davam edim.

- Ümumiyyətlə, "Turan”a qarşı oyun barədə nə deyərdin?

- Bu rəqiblə ikinci "altılığ”ın ilk dövrəsindəki oyuna baxanda ağır görüş oldu. Ona görə də hesab minimal fərqli oldu. Hərçənd əks-hücumlar zamanı daha diqqətli oynasaydıq, irihesabla qələbə qazanardıq. Yəni daha asan ola bilərdi, amma çətin oldu.

- Növbəti oyunlardan nə gözləyirsən?

- Hər oyuna qələbə üçün çıxırıq. Rəqibin kimliyindən asılı olmayaraq. Ona görə də qələbədən başqa, heç nə haqda düşünmürük. Mövsümü imkan daxilində yuxarı pillədə bitirmək istəyirik.

- Qarşıdakı turda sabiq komandan "Sumqayıt”la oynayacağıq. Xüsusi motivasiyan olacaq?

- Bu oyuna böyük əzmlə, məsuliyyətlə hazırlaşıram. Xüsusis motivasiya da öz yerində. "Rəvan”ın heyətində "Sumqayıt”a qarşı qələbə qazanmaq istəyirəm. Həm də özümü sabiq komandama sübut etmək istəyirəm. Qoy mənə şans vermədiklərinə görə peşman olsunlar (gülür).

- Son matçlarda Əli Əliyev də özünü yaxşı tərəfdən göstərir. AZAL ilə oyunda meydana sonradan girsə də, fəallığı ilə seçilirdi. Hətta qol ötürməsi də verdi. Rəqabətdən çəkinmirsən?

- Mən komandada rəqabətin daha güclü olmasını istəyirəm. Belədə komanda da avtomatik olaraq güclənər. Rəqabət olmayan yerdə artım olmaz. Bu inkişaf üçün zəruri amildir. Rəqabətdən heç vaxt qorxmamışam. Əli ilə rəqabət mənə xoşdur, qoy kim daha yaxşı hazırlıqlıdısa, o da oynasın. Amma buna biz yox, baş məşqçi qərar verir.

- Ramil Əliyevin rəhbərliyi altında çıxış etmək sənin üçün necədir?

- Şəxsən, mənə onun rəhbərliyi altında işləmək xoşdur. Ən azından məni daim oynadır. Gənc yaşımda çox qiymətli təcrübə toplayıram. Düşünürəm ki, Ramil müəllimin oyun üslubuna uyğun gəlirəm.

- "Rəvan”ın heyətində nəyə nail olmağı arzulayırsan?

- İlk ağlıma gələn cavab avrokuboklara vəsiqədir. Qitə kuboklarında oynamaq tam başqa aləmdir.

- "Rəvan”a ilin əvvəlində əvəzedici komandanın üzvü kimi gəlsən də, qısa bir müddətdə baş məşqçi Ramil Əliyevin etimadını doğruldaraq əsas komandaya yüksəldin. Səncə, "Sumqayıt”da olanda sənə niyə şans vermirdilər?

- Yəqin məni hələ əsas komandaya tam hazır saymadıqlarına görə. Bəlkə də baş məşqçinin oyun planına uyğun deyildim. Hər halda buna mən dəqiq cavab verə bilmərəm.

- Komandada daha çox kiminlə yaxınsan?

- Bütün futbolçularla mehribanıq. Amma Emin Mustafayevlə xasiyyətimiz daha çox uyğun gəlir. O görə də 1 nəfərin adını çəkməli olsam, Emin deyərdim. Amma hamı ilə aram yaxşıdır.

- "Rəvan”ın hazırkı heyətində kimi daha çox fərqləndirərdin?

- Konkret ad çəkməyim düzgün olmazdı. Məncə, hamı bir-birini tamamlayır. Komanda kimi güclü olmaq əsas şərtdir.

- 20 yaşlı gənc futbolçu kimi hazırkı heyətimizdə kimi özünə nümunə sayırsan?

- Komandada güclü, nümunə götürüləsi oyunçular çoxdu. Öz mövqeyimə uyğun olaraq Ramazan Abbasov və Tofiq Mikayılovdan öyrənməyə çalışıram.

- Bəs dünya futbolunda kumirin kimdi?

- Kumir deyəndə ki, Argentina yığmasının və "Mançester Siti”nin hücumçusu Serxio Aqueronun oyununu çox bəyənirəm.

- Öz mövqeyinə uyğun seçim etməli olsan...

- "Barselona”nın çilili forvardı Aleksis Sançes.

- Adlarını çəkdiklərin öz milli komandalarında da üzdə olan simalardır. Bəs sən Azərbaycan yığma komandasında iştirak etmək üçün nə edirsən?

- Əlbəttə ki, yığma komanda hər bir futbolçunun arzusudur. Bu böyük şərəfdir. Buna nail olmaq üçün daim üzərində işləməlisən. Məqsədim ilk öncə "Rəvan”da daha uğurlu çıxış etmək, sonra isə millinin formasını geyinməkdir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31