20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Bakı” fiziki və texniki hazırlıq səviyyəsinə görə heç bir komandadan geri qalmır”

Torsten Spittlerin “Bakı”ya idman direktoru təyinatından sonra təcrübəli yerli məşqçi Məqsəd Yaqubəliyev almana köməkçi təyin edildi. Futbolxeber.az-ın məlumatına görə, Yaqubəliyev həm Akademiyada əsas koordinator kimi işləri qurur, həm də “Bakı”nın əvəzedici heyətinə rəhbərlik edir. Məqsəd Yaqubəliyev klubun rəsmi saytına müsahibə verib.

- İki aydır ki  yeni mövsümə hazırlıqlar başlayıb. Hazırkı vəziyyətdə akademiyanın işini necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi maliyyə çətinlikləri səbəbindən komandalarımızın yığışaraq çempionatlara hazırlaşmasında xeyli gecikdik. Futbolda hazırlıqsız komanda üçün çempionata başlamaq çox çətin olur. Sevindirici haldır ki, Akademiyamızı təmsil edən komandalar ilk turlarda zəif təsir bağışlasa da, tədricən toparlandılar. Klubun  köklü olması, ənənələrə əsaslanmasından irəli gələrək rastlaşdığımız kritik vəziyyətdən çıxmağı bacardı. Bunu ilk olaraq əsas komandamızın ilk oyunları ilə bugünkü çıxışı arasında fərq sübuta yetirir. Biz məşqçilərimizin savadına inanırıq. Hər həftə almaniyalı idman direktorumuzun rəhbərliyi altında məşqçilərin savadının artırılması məqsədi ilə onlara bir sıra mövzularda seminarlar keçirik. UEFA-nın məşqçilərlə bağlı ən son tövsiyyələrini onlara çatdırırıq. Bu artıq ənənə halını alıb. Bundan başqa hər bir məşqçi öz keçirdiyi məşqlərin təhlilini aparır və bu barədə hesabat verir. Yaş qrupları üzrə bütün məşqlərə ciddi nəzarət edirik. Problemlərimiz da var. Narahat edici məqamlardan biri də uşaqlarımızın məşqlərə məsuliyyətsiz münasibətidir. Bu istiqamətdə tədbirlər görürük.

- Əvəzedicilərdə işləriniz necə gedir. Əsas heyətə yeni namizədlər kimlərdir?

- Əvəzedilərin qarşısında iki vəzifə qoyulub. Birincisi gənclərin yetişərək əsas heyətdə oynaması digəri isə əsas heyətdə zədə və ya cəza səbəbindən oyun praktikası olmayan futbolçuların yenidən formaya düşməsi üçün oynamasıdır. Hər iki istiqamətdə işlər sintez halında yerinə yetirilir. Biz nəticəni önə çəkmirik. Əsas qarşıya qoyulan vəzifələrin icrasıdır. İşlər düzgün gedirsə uğurlu nəticə də mütləq olacaq. Əsas komandaya namizədlərə gəlincə: Umar Akmurzayev, Azamat Qazayev, Yusup Xakimov və Renat Ağaverdiyev yaxın vaxtlarda öz adlarından söz etdirə biləcəklər. Onlar əsas komandaya real namizədlərdir.

- Son turlarda “Bakı” əvvəlcə “Araz”a sonra isə iddialı “Simurqa”a qalib gəlməklə Premyer Liqaya layiq klub olduğunu göstərdi. Bu mövsüm nə gözləmək olar?

- Rəhbərliyin  diqqəti nəticəsində “Bakı” gəncləri  futbola bəxş etməkdə davam edir. Ötən turda  Mahir Mədətov və Valeh Seyidovun çempionatda debütü bizi çox sevindirdi. Onların arxasınca Ülvi Süleymanov, Nicat Əsgərov, Aydin Mustafazadə və b. gənclərın də tezliklə meydana çıxaraq özlərini göstərəcəklərinə inanırıq. Bu gün “Bakı” fiziki və texniki hazırlıq səviyyəsinə görə heç bir komandadan geri qalmır. İlk turlardan fərqli olaraq komanda bəzi kompanentlərdə rəqiblərindən daha üstündür. Unutmayaq ki, onlar bizdən bir ay, ay yarım öncə hazırlıqlara başlamış, əksər klublar isə təlim-məşq toplanışlarını ölkə xaricində keçirmişdilər. Akademiyanın önəmi burada da özünü göstərir.

- Akademiyanın yetirmələrinin bəziləri digər Premyer Liqa klublarında top qovmaqdadır...

- Bu bizi çox sevindirir. “Simurq”da Vadim Abdullayev və Vüqar Mustafayev, “Qarabağ”da Namiq Ələsgərov, Şəhriyar Əliyev və Hacı Əhmədovun eləcə də “Xəzər Lənkəran”da çıxış edən Elşən Rzazadənin futbolçu kimi yetişməsində “Bakı”nın xüsusi rolu olub. Türkiyədə çıxış edən Rəhman Hacıyevi də yaddan çıxarmayaq. Digər klublarda da vaxtilə burada çıxış etmiş və ya klubun yetirməsi olmuş futbolçularımız var. Bütün bunlar klubun gənclər siyasətinin, məşqçilərin işinə peşəkar yanaşmalarının, akademiyada işlərin düzgün qurulmasının nəticəsidir. Onların sayı ildən ilə daha da artacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30