24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Foqtsdan futbolçulara: “Qorxmayın, İtaliya kimi komandaya qarşı oynamaq hər zaman qismət olmur”

“Futbolçularım bilir ki, İtaliya kimi komandaya qarşı oyunda soyuqqanlı olmaq lazımdır”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Bertu Foqts deyib.

Sabah AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində səfərdə İtaliyanın qonağı olacaq millimizin çalışdırıcısı rəqib haqda bunları söyləyib: “İtaliya millisi deyərkən, texnikalı oyun və futbolçuların qələbə həvəsi və istəyi yada düşür. İtaliya fərdi texnika və komanda olaraq taktiki baxımdan çox güclüdür”.

Foqts futbolçuların durumundan razı olmadığını bildirib: “Avro-2020-nin oyunlarının Bakıda keçiriləcəyini nəzərə alaraq, heyətdə gənclərə də yer verməliyik. Çox şadam ki, Frankfurtda toplanış keçirmək imkanımız oldu. Buna qədər Milanda “Qarabağ”ın oyununu da izləmişəm. Futbolçuların hazırlığı məni razı salmadı. 2 ardıcıl oyun keçirməyə hazır deyillər. Bizim futbolçular İtaliyaya qarşı oyunda qorxmamalıdırlar. Çünki İtaliya kimi komandaya qarşı oynamaq hər zaman qismət olmur”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30