20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Yaşar Seyidov: “Jabadan başqa heç kim “Bakı”ya qayıtmayacaq”

Son günlər ölkə mətbuatında Jabanın ardınca Ernad Skuliç, Marius Pena və digər bir neçə sabiq futbolçunun da “Bakı”ya qayıdacağı haqda xəbərlər yayılıb. “Bakı”nın vitse-prezidenti Yaşar Seyidov Futbolxeber.az saytına verdiyi açıqlamada yayılan xəbərlərə aydınlıq gətirib: “Çətin vəziyyətdə olan komandaya dəstək olan sabiq futbolçularımıza minnətdaram. Onların komandaya yardım etmək istəmələri təqdirəlayiq haldır. Bu, sabiq futbolçularımızın etibarından xəbər verir. Lakin yayılan xəbərlər həqiqəti əks etdirmir. “Bakı” Jabadan başqa heç kimi geri qaytarmır. Yalnız Jaba yenidən komandaya qoşulacaq. Mən də mətbuatda bəzi adlar oxudum. Skuliç, Pena və başqalarının qayıdacağı deyilir. Amma yenə də deyirəm ki, bu informasiyalar həqiqətəuyğun deyil. Biz yalnız Jabanın xidmətində maraqlıyıq. O cür xəbərlərin niyə, hansı əsasla ortaya çıxdığını isə bilmirəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30