20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Xəzər Lənkəran” hazırlığa start verdi

Milli komandamızın Avro-2016 seçmə mərhələsindəki rəsmi matçları ilə əlaqədar ölkə çempionatında verilən fasilə müddətində  “Xəzər Lənkəran” hazırlığa start verib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, cənublular dünəndən başlayaraq Lənkərandakı bazasında məşqlərini davam etdirir. Gündə iki dəfə olmaqla keçirilən məşqlərdə futbolçular gündüz fiziki, axşam çalışmalarında isə taktiki planda məşqçilər korpusunun verdiyi tapşırıqları yerinə yetirir. Zədəli futbolçulardan Alfred Sanko və Əfran İsmayılov fərdi qaydada məşq prosesinə qoşulsa da,  qapıçı Orxan Sadıqlı artıq komanda ilə birgə hazırlıqda iştirak edir.

Xatırldadaq ki, hazırda əsas milli komandamızın Almaniyada keçirilən toplanışında “Xəzər Lənkəran”ın 4 futbolçusu - Rahid Əmirquliyev, Rasim Ramaldanov, Rauf Əliyev və ilk dəfə əsas yığma komandamıza çağrılan Ağabala Ramazanov iştirak edir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30