19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

York: "Bakıda hamı məni xoş qarşılayır"

“Bakıya dünən gecə gəlmişəm. Buna görə də şəhəri gəzməyə hələ vaxtım olmayıb. Bu, Bakıda olduğum ilk tədbirdir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Mançester Yunayted”in keçmiş sabiq futbolçusu Duayt York deyib.

Mançester təmsilçisinin heyətində Çempionlar Liqasının qalibi olan hücumçu bu gün “Futbol “Bakcell” ilə” layihəsində iştirak edib. Topa ilk toxunuşu edən Trinidad və Tobaqo yığmasının keçmiş futbolçusu ölkəmizə ilk səfərindən söz açıb: “Paytaxtınızda indiyə kimi hamı məni xoş qarşılayıb. Hesab edirəm ki, bu cür layihənin həyata keçirilməyi, meydançanın açılması yerli əhali yüksək qiymətləndirir və bundan çox razıdır. Çox şadam ki, “Mançester Yunayted” klubu da bu layihəyə qatılıb və bizim də burda töhfəmiz var. Burada Mançester klubunu təmsil etdiyimə görə çox sevinirəm”.

York saat 20:00-da “Bayıl Arena”da azərbaycanlı veteranlarla oyuna böyük önəm verir: “Mən bu oyuna dəvət almağıma görə çox şadam. Seçilmiş oyunçularla bir sırada olmağım sevindiricidir. Azərbaycanda futbol hazırkı dövrdə bir yüksəliş dövrü keçirdiyi vaxtda burada olmaqdan çox məmnunluq duyuram”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30