19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

“Neftçi”dən böyükhesablı qələbə

Çempionatda yaranan fasilədən istifadə edən “Neftçi” bu gün yoxlama oyunu keçirib. Futbolxeber.az-ın məlumatına görə, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan görüşdə “ağ-qaralar”ın rəqibi I divizion təmsilçisi “Qaradağ-Lökbatan” olub. Matç “Neftçi”nin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

İkinci dəqiqədə hesabı açan Ruslan Qurbanov, 20 dəqiqənin tamamında dublunu rəsmiləşdirib. “Neftçi”nin digər 2 qoluna isə matçın sonunda dubl edən Niklas Kanales imza atıb. “Qaradağ-Lökbatan”ın yeganə qolunu Asəm Məmmədov vurub.

Qeyd edək ki, matçın gedişində “Neftçi” 2 penaltini qaçırıb. İlk yarıda Kanalesin zərbəsini rəqib qapıçı tutub. Ruslan Qurbanov isə topu qapının üstündən vurub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30