23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"AFFA-nın bu qərarını dərk etmirəm"

"Mən komandanın baş məşqçisiyəm. Bu qərarı mən yox, klubun prezidenti, vitse-prezidenti şərh etməlidir. Amma sırf mənim fikrimi soruşursunuzsa, bu qərarı dərk edə bilmirəm. Ona görə də nə deyəcəyimi, necə şərh edəcəyimi heç özüm də bilmirəm". Bu sözləri Futbolxeber.az saytına verdiyi açıqlamada "Turan"ın baş məşqçisi Əfqan Talıbov deyib.

Lisenziyalaşdırma ilə bağlı yaşanan problemə görə "Turan"ın növbəti mövsümdə Premyer Liqada iştirakına qadağa qoyulması ilə bağlı çıxarılan qərara münasibət bildirən Talıbov bunun komandada ruh düşkünlüyü yaradacağına inanmır: "Qərar artıq qəbul olunub. Bu qərarın dəyişilib-dəyişilməyəcəyini deyə bilmərəm. Amma biz öz işimizi görür, üzərimizə düşəni edirik. Elə indi də komanda ilə birgə məşqdən qayıdırıq. Ruh düşkünlüyündən söhbət gedə bilməz. Komanda ciddi şəkildə qarşıdakı oyunlara hazırlaşır. Bizim əsas məqsədimiz meydana çıxıb, uğur qazanmaqdır".  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30