23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Bakı”nı çempion olsun deyə sevmirik, biz “Bakı” ilə yaşayırıq”

Məlum çətinliklərin fonunda bir çox azarkeşlər “Bakı”nı tərk etdi. Futbolxeber.az-ın məlumatına görə, bu sözlər “The Capital” (“Paytaxt”) Azad Azarkeş Qrupuna aid deyil. Ramil Məmmədovun rəhbərliyi altında olan fanat qrupu “Bakı”nın hər bir oyununda tribunada öz yerini tutaraq müxtəlif ruhlandırıcı şüarlarla klubu dəstəkləyir. Elə bu səbəbdən də “Bakı”nın rəsmi saytının əməkdaşları klubun sadiq azarkeşlərinə üz tutaraq onlar barədə məqalə hazırlamaq qərarına gəlib. “Bakı”sevərlər nəticə üçün deyil, klubu sevdikləri üçün oyuna gəldiklərini deyirlər. “The Capital”ın rəhbərinin fikirləri ilə tanış olaq: “Biz həmişə “Bakı”nın yanında, kluba dəstək olmuşuq. Yaxşı günlərdə yanındaydiqsa bu günlərdə də onu tək buraxa bilməzdik. Çünki biz “Bakı”nı çempion olsun deyə sevmirik, biz “Bakı” ilə yaşayırıq. İstər yaxşı istərsə də pis günündə hər zaman ürəyimizdə “Bakı” sevgisi var və həmişə də olacaq!”

Azarkeş qrupunun fəallarından olan Anton Şvesov da həyatını “Bakı”sız təsəvvür edə bilməməyini dilə gətirib: “2010-cu ildən “Bakı”ya azarkeşlik edirəm. İlk dəfə məhəllə uşaqlarımız “Qarabağ”a qarşı oyunda məni stadiona aparmışdılar. Həmin oyunda “Bakı” 0:1 uduzmuşdu. Sonra uşaqların çoxu komandanın zəif olduğunu görüb meydana gəmədilər. Amma o gündən bu günə mən “Bakı”nı ürəkdən sevdim. Bu klub  həyatımda çox önəmli bir yer tutur, həyatımı “Bakı”sız təsəvvür edə bilmirəm. Saytınız vasitəsi ilə futbolçularımıza demək istəyirəm ki, bütün problemlərə baxmayaraq axıra kimi oynasınlar. Udsalar da uduzsalar da unutmasınlar ki biz hər zaman onların yanında olacağıq, sona kimi dəstəkləyəcəyik. Biz sizinlə fəxr edirik”.

Fəallardan olan Yaqub Abbasov isə azarkeşlərdən gileyləndi: “Klubu nəyə görə sevdiyimi başa sala bilmərəm. Bu sevgini yaşamaq lazımdı. Azarkeşlik - içdən gələn bir hissdir, bağlılıqdır. “Bakı” həyatımın bir parçasıdır. Onun oyunları bizim üçün təqvimdə bayram günləridir. İnanıram ki klub tezliklə bu çətin vəziyyətdən çıxacaq və öz oyunu ilə onu gözügötürməyənlərin cavabını verəcək. Hafiz müəllimə səbirli olmağı arzulayıram. Bəzi həmkarlarıma da küsgünəm. Onlara sözüm var: Çalışın yaxşı günün fanatı olmayın. Yaxşı günlərdə oyunlara  yüzlərlə “Bakı” azarkeşi toplanırdı, indi haradadır onlar? Bizim üçün heç bir fərqi yoxdur lap tək qalsam da sona qədər stadiona gəlib komandamı dəstəkləyəcəyəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30