20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rövnəq Abdullayev: “Xəzər Lənkəran” kimi güclü komanda ilk “altılıq”dan kənarda qalıb"

“Çempionluğun 2 komanda arasında gedəcəyi haqda danışmaq hələ tezdir. Məncə, hələ çempionatın sonunu gözləmək lazımdır”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Rövnəq Abdullayev jurnalistlərə ölkə futbolu ilə bağlı açıqlamalar verib.

Çempionluq yarışının tək “Qarabağ” və “Neftçi” arasında getməyəcəyini bildirən AFFA prezidenti “altılıq” sisteminin mənfi cəhətindən danışıb: “Altılıq” sisteminin müsbət cəhətləri olduğu kimi, bəzi mənfi cəhətləri də var. Hazırda AZAL və “Xəzər Lənkəran” kimi güclü komandalar ilk “altılıq”dan kənarda qalıb. Bu da həmin klubların motivasiyasının azalmasına səbəb olur və bu səbəbdən çempionata maraq azalır”.

Abdullayev azarkeşlərin stadionlara az gəlməsindən narahatlığını yenə gizlətməyib: “Azarkeşlər əvvəl deyirdi ki, stadionlarımız yoxdur. İndi stadion var, ancaq oyunlara gələn yoxdur. Məsələn, 12 minlik “Bakcell Arena” var, ancaq heç onu doldurmurlar. Yaxınlarda 68 minlik Olimpiya stadionu istifadəyə veriləcək, bəs bunu necə dolduracaqlar? Deməli, günah hamımızdadır: həm bizdə, həm siz jurnalistlərdə. Azarkeşləri stadionlara cəlb etmək üçün düzgün yönləndirməliyik”. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30