20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Şəhriyar Məmmədyarov: “Qarabağ” istədiyimiz oyunu sərgiləsin, nəticə pis olsa da başa düşərik”

“Azərbaycan klublarının xüsusən də avrokuboklardakı oyunlarını heç vaxt buraxmıram. Çalışıram televizor vasitəsi ilə də olsa, canlı olaraq izləyim. Bilirəm ki, “Qarabağ” son zamanlar uğurlu nəticələr qazanıb”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri tanınmış şahmatçı Şəhriyar Məmmədyarov deyib.

Bu gün Avroliqanın qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək “İnter” - “Qarabağ” oyunu haqda danışan Məmmədyarov matçın təmsilçimiz üçün çətin keçəcəyini vurğulayıb: “Qarabağ” son dövrlərdə qazandığı nəticələrə bizləri sevindirir. Amma “İnter”lə bugünkü oyun çox çətin olacaq. Bilirəm, 2 il əvvəl “Neftçi” “İnter”lə səfərdə heç-heçə edib. Amma bu görüş italyanlar üçün əhəmiyyət kəsb etmirdi. Bu dəfə isə vəziyyət fərqlidir. Azarkeşlərin “Qarabağ”ı necə yola salmasından da xəbərdaram. Həmin videoya baxmışam. İnanıram ki, bu, futbolçuların məsuliyyətini daha da artıracaq. Qoy, “Qarabağ” bizim istədiyimiz oyunu sərgiləsin, nəticə pis olsa da başa düşərik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30