16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Ölkə futbolu

“Xəzər Lənkəran”la oyunda bizi qələbədən 5-6 dəqiqə ayırdı”

Azərbaycan Premyer Liqasının VII turunun “Xəzər Lənkəran”la oyunu (1:1)  “Qəbələ” Futbol Akademiyasının gənc futbolçusu Elvin Camalov üçün əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, 19 yaşlı yarımmüdafiəçi əsas komandada ilk yubileyini qeyd edib. 10-cu matçına çıxan yarımmüdafiəçi  cari çempionatda ilk, Premyer Liqada 2-ci, karyerasında 4-cü dəfə matça start heyətində başlayıb. Lakin əvvəlki 3 belə oyundan fərqli olaraq bu dəfə əvəzlənməyib. İlk dəfə 90 dəqiqə meydanda olan gənc futbolçu “Xəzər Lənkəran”la qarşılaşma ilə bağlı fikirlərini klubun rəsmi saytına açıqlayıb: “Əlbəttə ki, oyuna start heyətdə çıxmağım mənim üçün çox sevindirici, bir o qədər də məsuliyyətli idi. Hər oyuna çıxanda üzərimdə çox məsuliyyət hiss edirəm. İstər əsas heyətdə olsun, istərsə də sonradan meydana daxil olanda. Düzdür, oyun təcrübəsinə çox ehtiyacım var. Bunun üçün də hələ çox oynamalı, üzərimdə çalışmalıyam. “Xəzər Lənkəran”la oyuna ciddi hazırlaşmışdıq. Bizi qələbədən 5-6 dəqiqə ayırdı. Bu oyuna 3 xal üçün çıxmışdıq. Çox istəyirdik ki, qalib gələk. Amma qismət olmadı. Əsas heyətdə möhkəmlənmək üçün gücümü, bacarığımı ortaya qoymalıyam. Bunun üçün mənə verilən şanslardan maksimum yararlanmalıyam”.

Qeyd edək ki, Camalov Premyer Liqada 7, Avropa Liqasında 2, Azərbaycan kubokunda 1 oyun keçirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30