26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Rahid Əmirquliyev: “Başqalarını bilmirəm, mənim üçün üç gündən bir oynamaq problem deyil”

“Xəzər Lənkəran”ın kapitanı, milli komandamızın üzvü Rahid Əmirquliyev Futbolxeber.az saytına müsahibə verib.

- İlk növbədə “Qəbələ”yə qarşı keçirilən oyun barədə fikilərini öyrənmək istərdim.

- Ağır oyun oldu. “Qələbə” də çempionatdakı güclü komandalardan biridir. Onlar da qalib gəlmək istəyirdilər. Amma hesab edirəm ki, biz “Qəbələ”dən üstün oynadıq. Qələbəyə də layiq idik. “Qəbələ” demək olar ki, yarım epizod yaradıb qol vurdu. Şanssızlıqla üzləşdik. 

- Qələbə qazanmağınıza nə mane olur: ustalıq səviyyəsi imkan vermir, yoxsa uğursuzluq sırf bəxtsizliklə bağlıdır?

- Ustalıq səviyyəsinin aşağı olduğunu düşünmürəm. Çünki komandamızda olan futbolçuların hamısı yüksəksəviyyəlidir. Onların ustalığına şübhə etməyə belə dəyməz. Qismətimiz bu idi. Deyərdim ki, bəxtimiz gətirmədi.

- Rahid, gəl etiraf edək ki, bəxtsizlik olar 1, uzağı 2 dəfə. Amma siz 7 oyundan cəmi 2-də qələbə qazanmısınız...

- Futbolda belə hallar olur. Biz uğur qazanmaq üçün çalışırıq. Əlimizdən gələni edirik ki, yaxşı oynayaq. Məncə pis də oynamırıq. Yeganə problemimiz qol vura bilməməkdi. İnanıram ki, belə davam etsək, nəticə gələcək.

- Düşünmürsən ki, gec olar? Çünki ilk dövrə artıq yekunlaşmaq üzrədi.

- Belə deməzdim. Hələ cəmi 7 tur oynanılıb. Digər tərəfdən də liderlə aramızda xal fərqi elə də çox deyil. Vəziyyəti xeyrimizə düzəldə bilərik. Ardıcıl bir neçə qələbə qazansaq, hər şey yaxşı olacaq.

- Artıq çempionatda fasilədi. Əksər məşqçilər də fasilədən gileylənir. Sən necə düşünürsən, bu fasilə “Xəzər Lənkəran”ın əlehinə işləyə bilər?

- İnanmıram ki, ciddi problem olsun. Hər şey hazırlıqdan asılıdır. Bu müddətdə komanda yaxşı hazırlıq keçsə, oyunlara tam hazır olacaq.

- Millinin qarşıdakı 2 oyunu barədə nə düşünürsən?

- Bizi qarşıda çox ağır 2 oyun gözləyir. Həm İtaliyanın, həm də Xorvatiyanın gücü hər kəsə bəllidir. Hər nə qədər çətin olsa da, çalışacağıq ki yaxşı nəticə qazanaq. Əlimizdən nə gəlirsə, edəcəyik.

- Yaxşı nəticə deyəndi nəyi nəzərdə tutursan?

- Təbii ki, meydana çıxanda hər kəsi qələbə qazanmaq istəyir. Amma real danışmaq lazımdı. Bu gün səfərdə İtaliya və Xorvatiyanı yüz faiz məğlub edəcəyik desəm, yalan olar. Amma uduzmaq üçün də getmirik. Çalışacağıq ki, ən azından uduzmayaq.

- Onda sualı belə qoyum, bu 2 oyunda konkret neçə xala ümid edirsən?

- Dəqiq cavab vermək çətindi. Futbolda hər şey ola bilər. Amma çalışacağıq ki, 2 oyunda... (fikirləşir)

- ...1 xal qazanasız.

- Hə, çalışacağıq ki heç olmasa 2 oyundan birində xal qazanaq.

- İtaliya və Xorvatiya ilə oyunlar arasında ara çox azdı. Bunu millimiz üçün əlavə problem hesab etmək olar?

- Bunda problem görmürəm. Çünki millinin heyəti genişdir. Komandada ən azı 22 futbolçu olacaq. Hər kəs də meydana çıxıb, oynaya bilər.

- Hesab edirsən ki, baş məşqçi hər 2 oyunda fərqli heyətə şans verəcək?

- Yox, niyə ki? Düzdür, qərarı baş məşqçi qəbul edir. Amma heyətin dəyişməsi şərt deyil. Hər 2 oyunda lap eyni heyətlə də mübarizə aparmaq olar. 

- Foqts azərbaycanlı futbolçuların üç gündən bir oynaya bilməməsindən gileylənir. Problem nədədir, niyə üç gündən bir oynaya bilmirsiz?

- Belə bir problem yoxdu. 3 gündən bir də oynaya bilərik.

- Konkret olaraq, Rahid Əmirquliyev üç gündən bir meydana çıxa bilər? Fiziki durum buna imkan verir?

- Əlbəttə. Heç bir problem yoxdur. Başqalarını bilmirəm, amma mənim üçün üç gündən bir oynamaq problem deyil.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30