24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

"Turan" və "Kəpəz"in üstündən xətt çəkildi

Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının (Birinci İnstansiya Orqanı) iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, iclasda UEFA və Premyer Liqa klub yarışlarında iştirak etmək üçün müraciət edən 16 klubun (8 UEFA klub yarlşlarında, 8 isə Premyer Liqa klub yarlşlarında) sənədlərinə baxılıb. İlkin olaraq məlumat verilib ki, lisenziyalaşdırma prosesində MOİK FK və “Tərəqqi” FK AFFA-nın Lisenziyalaşdırma Qrupuna müraciət edərək Lisenziyalaşdırma prosesindən rəsmi imtina etmişdir. Bununla əlaqədar olaraq Lisenziyalaşdırma Komissiyasında MOİK FK-nın və “Tərəqqi” FK-nın lisenziya almaqla bağlı ilkin müraciəti müzakirə olunmayıb.

Lisenziyalaşdırma Komissiyası müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
 
1. 2013-2014 UEFA klub yarışlarında iştirakla bağlı idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarını yerinə yetirdikləri üçün aşağıdaki klublara lisenziya verilsin (ƏSAS: UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydalarının 9-cu maddəsinin 13-cü bəndi (versiya 5.0):
AZAL PFK, "Bakı" FK, "Qarabağ" FK, "Qəbələ" İK, "İnter" PİK, "Neftci" PFK, "Xəzər Lənkəran" FK, “Simurq” PFK.
 
2. 2013-2014 Azərbaycan Premyer Liqa yarışlarında iştirakla bağlı idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarını yerinə yetirdikləri üçün aşağıdaki klublara lisenziya verilsin (ƏSAS: Azərbaycan Futbol Premyer Liqasında iştirak etmək üçün Klublarının Lisenziyalaşdırılması üzrə qaydalarının 8-ci maddəsinin 13-cü bəndi (versiya 3.0):
"Rəvan" FK, "Sumqayıt" FK.
 
3. Azərbaycan Futbol Premyer Liqasında iştirak etmək üçün Klublarının Lisenziyalaşdırılması üzrə qaydalarının 8-ci maddəsinin 13-cü bəndinin (versiya 3.0) D-yarımbəndinə uyğun olaraq “Kəpəz” PFK, “Turan” PFK, "Qaradağ-Lökbatan" FK, "Ağsu" FK, “Neftçala” FK, “Lokomotiv” FK- nın 2013-2014 Azərbaycan futbol Premyer Liqasında iştirak etməklə bağlı müraciətləri təmin olunmasın.
 
4. Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10-gün müddətində Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30