28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ramal Hüseynov: “Əsgər Abdullayev bizim yerimizə futbol oynamayacaq ki...”

“Araz Naxçıvan”ın aparıcı üzvü Ramal Hüseynov Əsgər Abdullayevin baş məşqçi postundan getmək istəməsinə münasibət bildirib. Futbolxeber.az saytına verdiyi açıqlamada Hüseynov uğursuzluqda baş məşqçinin deyil, futbolçuların günahkar olduğunu qeyd edib: “Əsgər Abdullayevin istefasının qəbul olunmamasına sevindim. Belə də olmalı idi. Çünki baş məşqçi komandanın uğursuzluğunda ən azı günahı olanlardandır. O deyil, biz futbolçular istefa verməliyik. Komanda uduzursa, ilk növbədə günahkar bizik. Baş məşqçi öz tapşırıqlarını verir, sadəcə biz həmin tapşırıqları yerinə yetirə bilmirik. Əsgər Abdullayev bizim yerimizə futbol oynamayacaq ki... İnanıram ki, bu fasilə komandamıza faydalı olacaq. Rəhbərlik də komandanın uğur qazanması üçün əlindən gələni edir. İnanıram ki, növbəti oyunlarda daha yaxşı çıxış edib, “qara zolaq”dan çıxacağıq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31