19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

“Bakı”nın gənc futbolçusu: “Ürəyimə dammışdı ki...”

“Hamımız üçün çətin oyun oldu. Həftə ərzində bu oyuna ciddi hazırlaşmışdıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Bakı”nın rəsmi saytına verdiyi açıqlamada Mahir Mədətov deyib.

“Araz Naxçıvan”la matçda Azərbaycan Premyer Liqasında debüt edən Mədətov, hələ oyundan əvvəl meydana çıxacağını hiss etdiyini vurğulayıb: “Oyuna bir neçə gün qalmış ürəyimə dammışdı ki, bu matçda meydana çıxacam. Hətta oyunda vəziyyət yaxşı olmayanda meydana daxil olacağımı hiss etmişdim. Elə də oldu. Bir qol buraxmışdıq. Belə vəziyyətdə məşqçi mənə şans verdi. Demirəm ki, oyunu dəyişə biləcək fövqəladə bir oyun göstərdim, ümumilikdə ilk oyunumun uğurlu alındığı qənaətindəyəm. Futbolu öyrəndiyim klubun əsas komandasında oyuna çıxdığım üçün sevincliyəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30