29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Arif Əsədov: “İlk il üçün rəhbərlik qarşıma çempionluq məqsədi qoymayıb”

“Mənim qarşıma konkret olaraq bu il üçün çempionluq məqsədi qoyulmayıb”. Futbolxeber.az saytına verdiyi müsahibədə bu sözləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

Əsədov əsas məqsədinin daha güclü “Neftçi” formalaşdırmaq olduğunu bildirib: “Rəhbərlik mənə 1 il vaxt verib ki, komandaya əl gəzdirim, daha güclü heyət formalaşdırım. Ondan sonra isə çempionluq uğrunda mübarizə aparaq. Ötən illə müqayisədə legioner limitində də dəyişiklik var. Ötən il meydana 8 legioner çıxa bilərdi. Amma indi rəqəm 6-ya bərabərdir. Bu səbəbdən də məqsədimiz əsasən yerli futbolçuları inkişaf etdirmək, yeni istedadları tapıb üzə çıxarmaqdı. Yaxşı ki, Elnur Allahverdiyev azad agent statusu ilə bizə qoşuldu. Onun gəlişi yerinə düşdü. Məqsədimiz “Neftçi”ni daha yüksəltmək, eləcə də milli üçün daha çox futbolçu yetişdirməkdi. Amma elə anlaşılmasın ki, bu mövsüm bizim üçün əhəmiyyət kəsb etmir. Əsla. Biz çalışırıq ki, gənclər qələbə psixologiyası ilə formalaşsınlar. Bunun üçün də hər oyunda meydana yalnız qələbə üçün çıxırıq. Əvvəl də “Neftçi”də işləmişəm, bilirəm ki bu komandada qələbədən başqa hər hansı bir nəticəni düşünmək olmaz”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31