19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“İnter” - “Qarabağ”: matçın baş hakimi italyanlar üçün uğurlu, bizim üçün uğursuzdu ARAŞDIRMA

Avroliqanın qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək “İnter” - “Qarabağ” matçını belaruslu Aleksey Kulbakov idarə edəcək. Futbolxeber.az-ın məlumatına görə, belaruslu hakim 35 yaşında olsa da, artıq 9 ildir ki FİFA referisi adını daşıyır.

Bu günə kimi Kulbakov avrokuboklarda klublarımızın oyununu idarə etməsə də, 1 dəfə millimizin matçında baş hakim olub. Onun idarə etdiyi yoxlama oyununda yığmamız 2011-ci ildə Makedoniyaya 0:1 hesabı ilə uduzub.

Kulbavokun yolu 2 dəfə italyanlarla kəsişib. Belə ki, AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Kulbakovun idarə etdiyi oyunda, 2010-cu ildə İtaliya Farer adalarını 5:0 hesabı ilə darmadağın edib. Ötən mövsüm isə belaruslunun ədaləti qoruduğu görüşdə “Yuventus” Avroliqanın 1/16 final mərhələsində “Trabzonspor”u 2:0 hesabı ilə üstələyib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30