25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Qarabağ"la oyuna qədər toparlanmalıyıq"

"Hər bir məşqçi 1:4 hesabı ilə uduzduğu oyunu və qırmızı vərəqə aldıqları epizodu şərh edərkən təndiq olunur. Bəli, oyun ərzində müəyyən anlar oldu ki, dəyişiklik edə bilərdim. Lakin 10 nəfərlə qalmağımız işimizi çətinləşdirdi". Futbolxeber.az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "İnter" klubunun baş məşqçisi Valter Mazzari İtaliya A Seriyasının son turunda məğlub olduqları "Kalyari" ilə görüşdən (1:4) sonra deyib.

Heyətdə səhvə yol verdiyini etiraf edən təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları "Qarabağ"la oyuna qədər toparlanmalı olduqlarını bildirib: "Təəssüf ki, Naqomoto ilk qolda səhv etdi. O, əsəbi idi. Daha sonra isə qırmızı vərəqə almaqla komandanı çətin vəziyyətdə qoydu. Heyətdə səhvə yol verdim. Müasir futbolda fiziki hazırlığın əsas komponent olduğunu düşünmürəm. Bu bizə bir dərs oldu. Ümid edirəm ki, futbolçular bu məğlubiyyətdən nəticə çıxaracaqlar. Artıq onlarla söhbət etmişəm. Bu matçı unudub, Avropa Liqasında qarşılaşacağımız "Qarabağ"la oyuna qədər toparlanmalıyıq".

Qeyd edək ki, "İnter" - "Qarabağ" oyunu oktyabrın 2-də, Milanda keçiriləcək. Oyun Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30