28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Arif Əsədov: “Üç qoldan ikisində hakim səhvləri aşkar görünürdü”

“Bilirdik ki, “Qarabağ” bu oyuna yaxşı hazırlaşıb. Biz bu görüşə fərqli taktika ilə çıxmışdıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”la oyundan sonra “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

Əsədov oyunun gedişini penaltinin dəyişdiyini bildirib: “İlk hissədə üstünlük bizim tərəfimizdə idi. Amma oyunda verilən penalti hər şeyi dəyişdi. Qoldan sonra “Qarabağ” bizi əks hücumlarda yaxaladı. Üç qoldan ikisində hakim səhvləri aşkar görünürdü. Çatışmazlıqlarımız var. Bunları aradan qaldırmalıyıq. Fasilə yaranır. Təəssüf ki, tam heyətlə hazırlığımızı davam etdirə bilməyəcəyik. Qeyd edim ki, məncə, “Qarabağ”a belə penalti lazım deyil. Oyunun ədalətli nəticəsi heç-heçə olardı". 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31