19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Babək Quliyev: "AFFA-nın çıxardığı qərarla razı deyilik"

"HAKİMİN SƏHVİ OYUNA RƏNG QATA BİLİR, AZARKEŞİN OYUN BAŞA ÇATDIQDAN SONRA SEVİNCİNDƏN MEYDANA AXIŞMASI OYUNA RƏNG QATA BİLMİR?

"Xəzər Lənkəran" klubu "Bakı" ilə kubok oyunundan sonra azarkeşlərin meydançaya daxil olmasına görə bu gün AFFA İntizam Komitəsi tərəfindən 5 min manat cərimə olunması qərarı ilə razı deyil. Bu haqda Futbolxeber.az saytına "Xəzər Lənkəran"ın idman direktoru Bəbər Quliyev açıqlama verib.

Babək bəy bildirib ki, həmin vaxt azarkeşlər meydana sevinclərindən daxil olublar: "AFFA-nın İntizam Komitəsinin çıxardığı qərarlarla tanışam. Digər qərarları qəbul edirik. Elnura verilən cəza və azarkeşlərin meydançaya yad əşya atması ilə bağlı verilən qərarlar düzgündür. Amma 5000 manatlıq cəriməni qəbul etmirik. Çünki azarkeşlər stadiona sevinclərindən daxil olublar. Orada heç kim təhqir olunmayıb, "Bakı"nın futbolçularına, hakimlərə və ya AFFA nümayəndəsinə qarşı heç bir təzyiq olmayıb. Bəli, razıyam ki, nizam-intizam kodeksində belə maddə var. Amma burada fikir vermək lazımdır ki, azarkeş meydana niyə daxil olub?"

Babək Quliyev bu qərardan şikayət edib-etməyəcəklərini müzakirəyə çıxaracaqlarını söylədi: "AFFA-da oturan bəzi yoldaşlar hakim səhvlərinə qəribə don geyindirirlər. Bildirirlər ki, hakim səhvi oyuna rəng qatır. Başa düşmürəm, hakimin səhvi oyuna rəng qata bilir, amma azarkeşin oyun başa çatdıqdan sonra sevincindən meydana axışması oyuna rəng qata bilmir? Əgər, buna görə də cəzalandırırlarsa, daha mənim sözüm yoxdur... Bu qərardan şikayət edib-etməyəcəyimizi indi dəqiq söyləyə bilmərəm. Klub rəhbərliyi olaraq, bu barədə müzakirə aparıb, yekun qərarımızı bildirəcəyik".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30