29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Azad Rəhimov: “...ermənilər də Bakı-2015-də iştirak edəcəklər”

Gənclər və idman naziri Azad Rəhimov Bakı-2015 Avropa Oyunları ilə bağlı yeni tərəfdaşla müqavilənin imzalanma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az-ın məlumatına görə, nazir Ermənistan idmançılarının da Oyunlara qatılacağına ümid etdiyini bildirib...

- Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Ermənistana səfər edəcək. Düşünmürsünüz ki, həmin görüşdə erməni idmançıların da Oyunlarda iştirakı məsələsi həllini tapacaq?

- Bütün 49 ölkə Avropa Oyunlarına dəvət olunub. Ermənistandan gələn məlumatlara əsasən, düşünürük ki, onlar da iştirak edəcəklər. Dövlət tərəfindən təhlükəsizlik, viza və digər zəmanətlər verilib. Ermənistana səfər edib-etməmək Patrik Hikkinin öz işidir, bu səfərləri izləmirik.

- Avropa Oyunlarında nümunəvi xarakterli idman növləri yer alacaq?

- 2 idman növü tam təsdiqlənib. Birincisi, sualtı üzgüçülük, digəri küçə atletikası olacaq. Düşünürük ki, biz bu yarışı bulvarda keçirə biləcəyik.

- Oyunların yayım məsələsi nə yerdədir?

- Yayımla İSB ilə müqavilə bağlanılıb. Onlar çəkilişi ölkəmizdə aparacaqlar. Hazırda müxtəlif ölkələrin telekanalları ilə danışıqlar aparılır. Hələlik 10 ölkədən razılıq əldə olunub. Cənubi Amerika, Çin və ərəb ölkələri də Avropa Oyunlarının yayımına maraq göstərirlər. Gələcəkdə də ən böyük telekanallarla müqavilə bağlamağa çalışacağıq.

- Ümumiyyətlə, neçə tərəfdaşın olması nəzərdə tutulub?

- 8 baş sponsor ola bilər. Hələlik 6-sı ilə müqavilə bağlanılıb. Qalan 2-ni seçmək üçün hazırda seçim aparırıq. Reklam, təbliğat aparan şirkətlərin maraq göstərəcəyini

- Avropa Oyunlarında nə qədər turistin iştirakını gözləyirsiniz?

- Turistlər arasında maraq çox böyükdür. Ən çox turistin gəlişi yaxınlıqdakı regionlardan gözlənilir. İdmançıların ailələrini gözləyirik. Bu, normal haldır. Bəzi ölkələrdən valideynlər ailələri ilə birgə qatılırlar. Mehmanxanalarımızdakı yerlər qədər turist gözlənilir. Bakıda 10 minədək otel nömrəsi var. Yaxın bölgələrimizdən də bəzi insanların Oyunlara baxaraq, gecə də qayıtmaları mümkündür.

- Oyunlara hazırlıqla bağlı hansı çətinliklər var?

- III Koordinasiya Komitəsinin iclasındakı bəzi iclaslar növbəti iclasadək aradan qaldırılıb. Heç bir problem yoxdur. Komissiya üzvləri bütün obyektlərlə tanış olublar və tam razılıq ediblər.

- Mingəçevirdə Avropa Oyunlarına hazırlıq necə gedir?

- Avropa Oyunları üçün bəzi qurğular müvəqqəti tikilir. Mingəçevir və Tofiq Bəhramov adına stadionda yeni işlər aparılmayacaq. "Kür"də vəziyyət yaxşıdır. Heç bir problem yoxdur. Yeni qayıqlar alınıb. Yeganə olaraq, xüsusi qurğuların salınması qalıb. Bunlar əsasən, giriş və çıxış, media üçün tentlərdən ibarətdir.


Mənbə: Sportnet.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31