19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Rəhman Hacıyev və Vaqif Cavadov “Qaziantep BB”ni növbəti mərhələyə daşıdı

Türkiyə kubokunda ikinci turun oyunları keçirilir. Futbolxeber.az-ın məlumatına görə, millimizin üzvləri Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın çıxış etdiyi “Qaziantep Büyükşehir Belediyespor” səfərdə “Konya Anadolu Selçukspor”un qonağı olub.

Ufuk Budakın meydana çıxmadığı oyunda, həmyerlilərimizdən yalnız Rəhman Hacıyev start heyətində yer alıb. O, 87 dəqiqə meydanda mübarizə aparıb. Vaqif Cavadov isə artıq 24-cü dəqiqədə Ferdi Coşkunu əvəzləyib.

Matç həmyerlilərimiz üçün uğurlu alınıb. Belə ki, Konya təmsilçisi 24-cü dəqiqədə avtoqolla hesabda önə keçsə də, əvvəlcə 53-cü dəqiqədə Vaqif Cavadov “Qaziantep Büyükşehir Belediyespor”un bərabərlik qoluna imza atıb. 71-ci dəqiqədə isə Rəhman Hacıyev fərqlənməklə Qaziantep təmsilçisini növbəti mərhələyə daşıyıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30