20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Cavid Hüseynovdan “Neftçi”yə cavab: “Arxada top saxlamaqla heç nəyə nail olmaq olmaz”

“Qəbələ”nin yarımmüdafiəçisi Cavid Hüseynov “Neftçi” ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- İlk növbədə qolsuz başa çatan oyun haqqında fikirlərini bildirərdin.

- Oyun ərzində çox qol epizodu olmadı. Matç ərzində cəmi 3-4 epizod oldu. Düşünürəm ki, bu gün (söhbət dünən olub-red.) 2 xal itirdik. Çox təəssüflənirik bu nəticəyə görə. Çünki qələbəni əldən verməməliydik. 3 xallıq oyun idi. Düzdür, rəqib də güclü idi. Amma biz evdə oynayırdıq, mütləq qələbə qazanmalıydıq Təəssüf ki, alınmadı.

- Qəbələ qazanmaq üçün nə çatışmadı?

- Nə çatışmadı? Qol vurmaq (gülür). Məncə, qələbə qazanmaq üçün hücumda ilk növbədə son nöqtəni qoymaq lazım idi. Amma biz bunu bacarmadıq. Mənim də şansım var idi, Markiniosun da epizodu oldu. Başqa gözəl zərbə endirsə də, qapıçı topu çıxardı. İrəlidə yaxşı təsir bağışlamadıq. Hücumda daha aktiv olsaydıq, lazım olan qolu vura bilərdik.

- Hücumdakı aktivliyi qeyd etdin. Razısan ki, bunda komandanın 1 hücumçu ilə oynamasının rolu oldu? Bəlkə də 2 hücumçuyla oynasaydınız, daha çox təhlükə yaratmaq olardı...

- Bu haqda mən heç nə deyə bilmərəm. Baş məşqçinin qərarıdı. O, bizə nə göstəriş verirsə, biz də onu yerinə yetirməliyik.  

- 2 xal itirdiyinizi dedin. Səndən qabaq “Neftçi”nin bəzi futbolçuları da qələbəyə daha layiq olduqlarını və 2 xal itirdiklərini qeyd etdilər...

- Yox. Bu fikirlə razı deyiləm. Onlar yox, biz 2 xal itirdik. Düzdür, “Neftçi” arxada daha çox top saxlayırdı. Amma arxada top saxlamaqla heç nə əldə etmək olmaz. Biz evdə oynayırdıq. Daha üstün tərəf də idik. Qələbə də qazanmalıydıq. Təəssüf ki, alınmadı.

- Hakimlik barədə nə deyə bilərsən?

- Hakimlik barədə heç vaxt danışmamışam.

- Amma bəzi eıizodlarda sən və komanda yoldaşların referinin qərarına sərt şəkildə narazılıq göstərirdiniz...

- Bəzi epizodlarda mübarizəyə imkan vermək lazımdı. Onlar da çalışmalıdırlar ki, oyun sürətli olsun. Hər halda, 2 epizodda hakim fitini səsləndirməyə bilərdi. Mübarizəyə imkan verməliydi. Amma o, həmin iki halda mübarizəyə imkan vermədi,  oyunu saxladı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30