26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Nildo 30-a 3-cü klubunda çatdı

“İnter”in braziliyalı futbolçusu Junior Nildo Premyer Liqada 30-cu qolunu vurub. Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Bakı” ilə VI turun oyununda (7:0) dubla imza atan cənubi amerikalı əvvəl 30-cu, ardınca 31-ci qolunu aktivinə yazdırıb. Nildo Azərbaycan çempionatları tarixində 30 və daha çox qol vuran 16-cı legioner kimi tarixə düşüb. Bu siyahıya isə hesabında 72 qol olan gürcüstanlı Badri Kvaratsxeliya başçılıq edir.

Cənubi amerikalı 30-u 3-cü mövsümündə, 3-cü klubu ilə arxada qoyub. 2012/13 mövsümündə AZAL-da 21, 2013/14 mövsümündə “Xəzər Lənkəran”da 8 dəfə fərqlənən Nildo yeni klubunda qol hesabını açmaqla ən məhsuldar əcnəbilər siyahısında mövqeyini yaxşılaşdırıb. O, həm də Azərbaycan çempionatında 3 və daha çox komanda ilə qol sevinci yaşayan 22-ci legionerdir. Bu göstəricidə rekord 5 klubda fərqlənən Anatoli Doroşla Tagim Novruzova məxsusdur. Ümumilikdə isə hamıdan çox - 10 komandanın heyətində qol vurmağı Kənan Kərimov bacarıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30