25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Foqtsdan azərbaycanlı azarkeşlərə: “Qələbə qazananda futbol ölkəsi olurlar”

“Biz çətin qrupa düşmüşük. İtaliya və Xorvatiya kimi millilərə qarşı oynayacağıq. Hər iki komanda qrupumuzun favoritləridi”. Futbolxeber.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri UEFA-nın rəsmi saytına açıqlamasında Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da İtaliya, 13-də Xorvatiya ilə qarşılaşacaq millimizin almaniyalı çalışdırıcısı həmin qarşılaşmalardan danışıb: “Qarşılaşacağımız hər iki komanda son dünya çempionatının final mərhələsində mübarizə aparıb. Təbii ki, burada heç kəsə Avropa çempionatına getmək üçün havayı bilet vermirlər. Biz də komanda olaraq, inkişaf mərhələsindəyik. DÇ-2014-ün seçmə mərhələsində cəmi iki komandaya uduzduq. İki dəfə Portuqaliyaya, 1 dəfə Rusiyaya məğlub olduq. Bu, bizim üçün yaxşı nəticə idi”.

Foqts Azərbaycanda futboldan çox şahmatın inkişaf etdiyini bildirib: “Bilirsiz, bu ölkədə futbolu çox sevirlər. Amma milli baxımlı oyun göstərib heç-heçə edəndə və ya uduzanda, azarkeşlər məşqçini başa düşmürlər. Qələbə qazananda, komanda qalib gələndə futbol ölkəsi olurlar. Əslində, bu ölkədə futbola yüksək pullar yatırılır. Yaxın illərdə Azərbaycan futbol sahəsində önəmli ölkələrdən biri olacaq. Amma belə baxsaq, şahmat daha çox inkişaf edib”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30