28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Baçana Tsxadadze: “Bu hesabla qalib gələcəyimizi gözləmirdik” (Müsahibə)

“İnter”in hücumçusu Baçana Tsxadadze “Bakı” ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- Əvvəlcə qarşılaşma barədə fikirlərini bilmək istərdim.

- Oyun çox yaxşı keçdi. Komandamız meydanda bütün gücünü qoydu və layiqli qələbə qazandı. Əslində, matçla bağlı danışılası çox şey yoxdu. Özünüz hər şeyi gördünüz. Nəticə də hər şeyi deyir.

- “İnter”in yüksək məhsuldarlıq nümayiş etdirməsi haqda nə deyə bilərsən?

- Bu gün (söhbət dünən olub-red.) 7 qol vurduq. Amma bu cür hesabla qalib gələcəyimizi gözləmirdik. Əvvəlki oyunlarda 5, 4, 3 qol vurmuşduq. Təbii ki, yüksək məhsuldarlıq ürəyimcədir. Komandamızın çox qol vurub, qapısını toxunulmaz saxlaması müsbət məqamdır.

- Demək olar ki, “Bakı” ilə oyunda vurduğunuz erkən qollar qələbədə böyük rol oynadı?

- Əlbəttə. Erkən qollar oyunumuza çox yaxşı təsir etdi. Düzdür, bəzən hansısa komanda erkən qol vuranda bu, oyuna mənfi təsir edir. Amma bizdə belə hal yaşanmadı. Komanda əla oyun sərgilədi. Sona kimi oyuna nəzarəti əldən vermədik.

- Artıq 2 oyundur ki, baş məşqçi start heyətində 2 hücumçuya şans verir. Buna münasibətin necədir?

- Nə deyim? Bu, baş məşqçinin qərarıdır. O, necə tapşırıq verirsə, biz də elə meydana çıxırıq.

- Sənin üçün hansı daha rahatdı: irəlidə tək qərarlaşmaq, yoxsa yanında daha bir hücumçunun olması?

- Belə götürəndə, mənim üçün ciddi fərqi yoxdur. Amma hücumda nə qədər çox futbolçu olsa, rəqib qapısı qarşısında təhlükə yaratmaq şansımız daha çox olur.

- Junior Nildo haqda hansı fikirdəsən?

- Nildo çox yaxşı hücumçudur. “Bakı” ilə oyunda da özünü yaxşı tərəfdən göstərdi. 2 qol vurmaqla yanaşı, hücumda çox fəal idi. Onunla birgə oynamaq çox xoşdur.

- Qarşıdakı oyunlar barədə nə düşünürsən? “İnter” inamlı çıxışını davam etdirə biləcək?

- Biz hər oyuna qələbə üçün çıxırıq. Rəqibin də kimliyi önəm daşımır. Əsas qalib gəlməyimizdir. İndidən hansısa nəticə barədə də düşünmürük. Məqsədimiz bacardıqca irəliməkdir. Nə olacaqsa, o da olacaq.  

- Növbəti turdan sonra çempionatda yenidən fasilə yaranacaq. Bu məqam “İnter”in sonrakı turlardakı çıxışına mənfi təsir göstərə bilər?

- Yaxşı olardı ki, belə fasilələr olmasın. Amma çempionatın təşkilatçıları belə qərar qəbul edibsə, bizim əlimizdən heç nə gəlmir. Aydın məsələdir ki, bu, Azərbaycan millisi naminə atılmış bir addımdır. Hər şeydən önəmlisi yığma komandadı. Həm də biz bu cür fasilələrə artıq öyrəşmişik.

- Bir ara Gürcüstan millisinə dəvət alsan da, son oyunlara çağrılmadın. Səni yenidən Gürcüstan millisində görə biləcəyik?

- 1-2 oyuna çağırılmamaqda problem görmürəm. Baş məşqçi obyektiv adamdı. Bilirəm ki, milliyə layiq olsam, o mənə dəvət göndərəcək. Yığmanın çalışdırıcısı xaricdə çıxış edən bütün gürcü futbolçuları nəzarətdə saxlayır. Yenidən dəvət alacağıma inanıram. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31