19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ruslan Əmircanov: “Neftçi” ilə oyunun ciddiliyini yaxşı başa düşürük”

Azərbaycan Premyer Liqasının VI turunda “Qəbələ” “Neftçi” ilə qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar”ın təcrübəli futbolçusu Ruslan Əmircanov paytaxt təmsilçisi ilə Qəbələdə keçiriləcək görüş haqda fikirlərini gabalafc.az-a açıqlayıb: “Neftçi” ilə oyunöncəsi komandada əhval-ruhiyyə əladır. Oyuna yaxşı hazırlaşmışıq. Yalnız rəqibin oyununun təhlili qalıb. Düzdür, “Neftçi”nin oyunlarını, epizodlarını izləmişik. Amma bir daha təhlil edib, güclü və zəif tərəflərini daha dərindən öyrənəcəyik. Özüm də bu komandada oynamışam, onlara qarşı da çıxış etmişəm. Amma yeni oyunçuları olduğundan belə təhlil zəruridir. Rəqib güclü komandadır. Baş məşqçi dəyişikliyindən sonra da “Xəzər Lənkəran” kimi rəqibə qalib gəlib. Son oyunda biz də qalib gəlmişdik. Bu da ab-havaya müsbət təsir edir. Amma həmin görüşü unudub, qarşıdakına köklənmişik. Hamımız matçın ciddiliyini yaxşı başa düşürük. Doğma meydanda oynayacağıq. Növbəti qələbəmizlə azarkeşlərimiz sevindirməyə çalışacağıq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30