25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Pena: “Komandam uğur qazanırsa, mən də qazanıram“

 

Topaz Premyer Liqasında mart ayının ən yaxşı oyunçusunun və ən yaxşı qolunun müəllifinin mükafatlandırılması mərasimində iştirak edən “Fenerbahçe” klubunun keçmiş futbolçusu Selçuk Yula, həmçinin mart ayının ən yaxşı oyunçusu Marius Pena və ən yaxşı qolun müəllifi Cavid Tağıyev öz fikirlərini bildiriblər.
 
Selçuk Yula: “Bu artiq ikinci belə tədbirdir, bütün iştirakçıları təbrik edirəm. Bu cür tədbirlər Türkiyədə də uzun illərdir keçirilir. Mən özüm də bir neçə dəfə ayın ən yaxşı oyunçusu və ən yaxşı qolu müəllifi nominasiyalarında mükafatlar almışam. Bu sevindirici haldır, inanıram ki, Azərbaycanda da davamlı olar. “Qalatasaray”ı indidən çempionluqla təbrik edirəm. “Fenerbahçe” klubuna isə Avroliqanın yarımfinal oyununda uğurlar arzulayıram”.
 
Marius Pena: “Azərbaycan klubunun tanınmış bir Avropa klubu ilə oynamasını çox yaxşı hal sayıram. Buna görə sevinirəm. Komandamın Avroliqa şansları davam edir. Bu klubda çıxıış etdiyim üçün xoşbəxtəm. Məndən başqa ayın ən yaxşı futbolçusu adına kimin layiq olduğunu deyə bilmərəm. Hər halda, bu, verilən səslərdən asılıdır. Ayın oyunçusu seçilmək tək mənim deyil, hər bir futbolçunun arzusudur. Bu uğurda mənim komanda yoldaşlarımın və məşqçinin də rolu var. Əgər komandam uğur qazanırsa, mən də qazanıram”.
 
Cavid Tağıyev: “İlk yeri tutmağım mənim üçün gözlənilməz oldu. Mənə səs verən hər kəsə təşəkkürümü bildirirəm. Uğurun ardını gətirməyə çalışacağam”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30