19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

“İnter” vs “Bakı”: 928 gün məğlubiyyətsiz

Sabah Azərbaycan Premyer Liqasında 6-cı tura start veriləcək. Futbolxeber.az-ın məlumatına görə, turun açılış matçında “İnter” “Bakı”nı sınağa çəkəcək. İndiyədək 35 dəfə üz-üzə gələn “İnter” və “Bakı” komandalarının sabah keçirəcəyi oyun sayca 36-cı olacaq.

Komanda

O

Q

H

M

T/F

   “İnter”

35

13

11

11

29-30

   “Bakı”

35

11

11

13

30-29

35 oyundan 30-u Azərbaycan Çempionatı, 5 oyun isə ölkə kubok çərçivəsində baş tutub. “İnter” 13 qələbəyə sahibdir, “Bakı”nın aktivində qələbə sayı 11-ə çatır. “Zolaqlılar”ın bir qələbəsi texniki məğlubiyyət sayəsində qazanılıb, daha bir qələbə isə 2004-2005-ci il mövsümündə Azərbaycan Kuboku turnirinin final mərəhələsində qeydə alınıb - 2:1. Vurulmuş və buraxılmış qollar arasında fərq “Bakı”nın xeyrinədir - 30:29. “Bakı”nın vurduğu 30 qoldan 3-ü 2011-ci ildə texniki qələbə nəticəsində mümkün olub. 

Komandaların ilk rəsmi qarşılaşması 2004-cü il dekabrın 13-də baş tutub və qolsuz bərabərliklə başa çatıb. İlk qələbəni aktivinə “Bakı” komandası yazmağa müvəffəq olub. Həmin qələbə 2005-ci il mayın 15-də qeydə alınıb - 2:0. “İnter” -“Bakı” qarşıdurmasında ilk qolun müəllifi gürcüstanlı futbolçu Aleksandr Qoqoberaşvilidir. 

“İnter”-“Bakı” duelində qeydə alınmış ən böyük hesab 4:0-dır. Məhz bu hesabla “İnter” ötəm mövsüm səfərdə rəqibini məğlub edib. Komandaların qarşıdurmasında ən populyar hesab 1:0-dır və bu hesab 35 matçın 14-də qeydə alınıb. 

Azərbaycan Çempionatının ev oyunlarında “İnter” “Bakı” üzərində üstünlüyə malikdir. Belə ki, “İnter” 15 matcda 6 qələbə qazanmış, 5 oyun heç-heçəylə başa çatmış və 4 dəfə “Bakı” meydandan qalib ayrılmışdı. Vurulmuş və buraxılmış qollar arasında fərq 12-22-dir. 

Qeyd edək ki, “İnter” “Bakı” komandasına son 12 oyunda məğlub olmur. “Bakı” “bankirlər”i 928 gündür məğlub edə bilmir. Kaxaber Tsxadadzenin yetirmələri son dəfə “Bakı” komandasına 2012-ci il martın 3-də məğlub olub. O vaxtdan “İnter”in “Bakı” üzərində qələbə sayı 7-ə çatır, sülhlə yekunlaşan oyunların sayısa 5-ə bərabərdir. 

“İnter”in “Bakı” ilə bütün matçlarının siyahısı:

Mövsüm

Oyun

Hesab

2004/05

“İnter”-“Bakı”

0-0

2004/05

“Bakı”-“İnter”

2-0

2004/05(k)

“İnter”-“Bakı”

1-2(ə.v)

2005/06

“Bakı”-“İnter”

1-0

2005/06

“İnter”-“Bakı”

0-1

2006/07

“Bakı”-“İnter”

2-0

2006/07

“İnter”-“Bakı”

0-1

2007/08

“Bakı”-“İnter”

0-0

2007/08

“İnter”-“Bakı”

1-0

2008/09

“Bakı”-“İnter”

0-0

2008/09

“İnter”-“Bakı”

0-1

2009/10

“İnter”-“Bakı”

1-0

2009/10

“Bakı”-“İnter”

2-0

2009/10

“İnter”-“Bakı”

1-1

2009/10(k)

“Bakı”-“İnter”

0-1

2009/10(k)

“İnter”-“Bakı”

1-3

2009.10

“Bakı”-“İnter”

0-0

2010/11

“İnter”-“Bakı”

1-0

2010/11

“Bakı”-“İnter”

1-2

2010/11

“İnter”-“Bakı”

1-1

2010/11

“Bakı”-“İnter”

0-1

2011/12

“İnter”-“Bakı”

0-3(t.m)

2011/12

“Bakı”-“İnter”

1-0

2011/12

“Bakı”-“İnter”

0-1

2011/12

“İnter”-“Bakı”

1-0

2012/13

“Bakı”-“İnter”

0-0

2012/13

“İnter”-“Bakı”

1-0

2012/13(k)

“Bakı”-“İnter”

1-1

2012/13(k)

“İnter”-“Bakı”

2-2

2012/13

“Bakı”-“İnter”

1-2

2012/13

“İnter”-“Bakı”

2-1

2013/14

“İnter”-“Bakı”

2-2

2013/14

“Bakı”-“İnter”

0-1

2013/14

“İnter”-“Bakı”

1-1

2013/14

“Bakı”-“İnter”

0-4

 

 


inter.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30