20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Qurban Qurbanov: “Sent Eyten”lə oyuna yaxşı hazırlaşmışıq”

“Düşünürəm ki, oyunda böyük ajiotaj var. Rəqibi tanımağa çalışmışıq. “Sent-Etyen” hər birimiz üçün maraqlı rəqibdir”. Futbolxeber.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Sabah Avroliqanın qrup mərhələsinin ilk turu çərçivəsində “Sent Etyen”ə qarşı keçiriləcək oyundan əvvəl mətbuat önünə çıxan 42 yaşlı mütəxəssis əvvəlcə qarşılaşma haqqında ümumi fikirlərini bildirib: “Rəqib həm hücum, həm də müdafiədə yaxşı oynayan komandadır. Azarkeşlər üçün maraqlı oyun olacaq. Biz də yaxşı hazırlaşmışıq. İnanıram ki, oyunun nəticəsi yekunda onları sevindirəcək”.

Qurbanov “Sent-Etyen”in oyunlarını izləməsi haqda bunları söyləyib: “Karabükspor”dan heç bir şey öyrənməyə çalışmamışıq. Bir dəfə də qeyd etmişdim ki, indi texnologiya inkişaf edib. Biz onların son oyunlarını analiz etməyə, oyunçularını daha yaxından tanımağa çalışmışıq. Bizim nümayəndəmiz “Sent-Etyen”in “Kan”la matçını izləməyə getmişdi. Eləcə də “İnter”in son çempionat matçı nümayəndəmiz tərəfindən izlənilib”.

Rəqibin standard zərbələrdən daha təhlükəli olması ilə bağlı verilən suala Qurbanov belə cavab verib: “Düz qeyd etdiniz ki, biz standard vəziyyətlərdən qol buraxmışıq. Qapıçımızın üzərinə sabah böyük iş düşəcək. Bunun üzərində çalışırıq. Standard vəziyyəti ustalıqla yerinə yetirən oyunçuları var. Ona görə də çalışacağıq ki, mümkün qədər az cərimə edək”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30