20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

UEFA açıqladı: “Qarabağ” Avropada 65-ci, “Neftçi” 99-cudu

AĞDAM KLUBU “SELTİK”, PSV, “LOKOMOTİV”, “REAL SOSEYDAD”, “TVENTE” KİMİ KLUBLARI QABAQLADI

UEFA cari mövsümdə avrokuboklarda çıxış edən klubların reytinq cədvəlini açıqlayıb. Futbolxeber.az-ın Eurocups.ru-ya istinadən verdiyi məlumata görə, cədvəl tərtib olunarkən klubların cari mövsümdə avrokuboklarda göstərdikləri nəticələr əsas götürülüb.

239 kollektivin adının yer aldığı siyahıda Azərbaycanı cari mövsümdə qitə kuboklarında təmsil edən 4 klubun da adı var. Ən yaxşı göstərici gözlənildiyi kimi, “Qarabağ”a məxsusdur. Ağdam klubu hazırda 65-ci pilləni tutur. “Qarabağ” cari mövsümdə reytinqini 2,4750 bal artırıb. Bu nəticə ilə “Qarabağ” “Seltik”, “Dinamo” (Kiyev), PSV, “Lokomotiv” (Moskva), “Real Soseydad”, “Tvente” kimi klubları qabaqlayıb. Avroliqanın play-off mərhələsində mübarizəni dayandıran “Neftçi” 99-cu yeri tutur. “Ağ-qaralar” reytinqini cari mövsüm 1,9750 əmsal artırıb.

İkinci mərhələdə mübarizəni dayandıran “İnter” sıralamada 168-ci, elə ilk turda “Şiroki Briyeq” qarşısında aciz qalan “Qəbələ” isə 196-cı yeri tutur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30