24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

"Qəbələ" Almaniya klubunu məğlub etdi

 

"Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası Hollandiya toplanışı çərçivəsində son yoxlama oyununu keçirib. Futbolxeber.az-ın məlumatına görə, Almaniyanın "Fortuna" (Düsseldorf) klubu ilə üz-üzə gələn "qırmızı-qaralar" əzmkar qələbə qazanıb. Oyuna sürətli başlayan təmsilçimiz üstün tərəf olsa da, hesabı rəqib açıb. Buna baxmayaraq, "Qəbələ" hücumlarını səngitməyib və oyunu öz lehinə çevirə bilib. Öncəki iki sınaq oyununda fərqlənən ("Qəbələ"-"Brügge" 2:0, "Qəbələ"-"Ayaks" 1:1) Rövlan Muradov "Fortuna"nı da məyus etməyi bacarıb - 1:1. Ardından isə Baxşəli Baxşəliyev komandasını irəli çıxarıb - 2:1. Matçda son nöqtəni almanlar qoyublar. Hüseynqulu Quliyevin yetirmələrinin təzyiqi qarşısında çaşqın duruma düşən "Fortuna" müdafiəçisi topu öz qapısına göndərib - 3:1. 
Bu matçla Hollandiya toplanışına yekun vuran "Qəbələ" 2 qələbə və 1 heç-heçə ilə vətənə dönüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30