19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Flavinyo: “Azarkeşlər neçə yaşda olduğumu unutmasınlar” (Müsahibə)

“Neftçi”nin kapitanı Flavinyo “Xəzər Lənkəran”la oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Xəzər Lənkəran”la oyun barədə nə deyə bilərsən?

- “Xəzər Lənkəran”a qarşı oyunlarımız həmişə ağır olub. Budəfəki qarşılaşma da istisna olmadı. Bilirəm ki, bu oyuna Azərbaycanda böyük maraq var. Hər iki tərəf də görüşə çox yüksək motivasiya ilə çıxır. Matçın əvvəlində qol vursaq da, sonradan oyunçu itirdik. Bu səbəbdən də çox çətin oyun alındı. Amma sevinirəm ki, sona kimi mübarizə aparıb, layiqli qələbə qazandıq.

- Vurduğun qolu kimə həsr edirsən?

- Ailəmə, övladıma.

- Stamenkoviç qırmızı vərəqə almasaydı, oyunun taleyi başqa cür ola bilərdi?

- Nəticəni deyə bilmərəm, amma oyun yüz faiz fərqli olacaqdı. Çünki azlıqda qalmasaydıq, daha çox hücum edəcəkdik və belədə də qol vurmaq şansımız daha artıq olardı. Amma 10 nəfər qalarkən, daha çox müdafiəyə diqqət yetirməyə məcbur idik. Çox güc sərf etdik.

- Epizodların birində Rahid Əmirquliyevlə mübahisə etdin. Nə baş vermişdi?

- Bu iki komanda arasında oyunlar daim gərgin keçir. Elə mübahisəmiz də bu oyunun gərginliyindən irəli gəlirdi. Orada adi epizod idi. Sadəcə olaraq, elə bildim ki, Rahid məni söyüb. Amma əslində söyməmişdi. Neçə ildir Azərbaycandayam. Heç vaxt aramızda Rahidlə problem olmayıb.

- Bu gün stadiona toplaşan azarkeşlərin sayı elə də çox deyildi. Bu məqam oyununuza nə dərəcədə təsir etdi?

- “Xəzər Lənkəran”lı azarkeşlər tribunada yox idilər.  Bu, bizim üçün yaxşı olsa da, rəqib üçün pis idi. Amma mən azarkeşlərin stadiona buraxılmamasına qarşıyam. İstərdim ki, hər iki tərəfin fanatları tribunadan yerini tutsun.

- Son zamanlar elə də inamlı çıxış etmirdin. Bu qol səni növbəti oyunlara daha yaxşı motivasiya edəcək?

- Təbii ki, belə olacağına inanıram. Mən də istəyirəm hər oyunda komandama fayda verim. Qocalmadığımı göstərim. Amma azarkeşlər unutmasınlar ki, Azərbaycana gələndə 27 yaşım var idi. İndi isə 31-dir.

- Artıq neçə ildir “Xəzər Lənkəran”a qarşı oynayırsan. Bugünkü “Xəzər Lənkəran” əvvəlkilərdən nə ilə fərqlənir?

- Bu suala cavab vermək mənim üçün çətin olar. Yalnız onu deyim “Xəzər Lənkəran” çox yaxşı komandadır. Bu. dərhal hiss olunur. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30