29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

AZAL rəhbərliyi komanda ilə görüş keçirib

AZAL Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində qarşılaşacağı “Qarabağ”la oyuna hazırlıqları davam etdirir. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunöncəsi son məşqdən əvvəl klub rəhbərliyi komanda ilə görüşüb. Vitse-prezident Fikrət Hüseynov məşqçi, futbolçu və texniki heyəti qəbul edib.

Görüşdə F.Hüseynov rəhbərliyin daim komandanın yanında olduğunu bildirərək, növbəti matçlarda da futbolçulara inandığını qeyd edib. Vitse-prezident vurğulayıb ki, kollektivdə gözəl ab-hava var və bunu meydana da sirayət etdirmək, qələbə qazanmaq zəruridir. F.Hüseynov qeyd edib ki, daim komandanın yanında olan rəhbərlik oyunçuların qayğısına qalır və yarana biləcək hər bir xırda çətinliyi də aradan götürməyə hazırdır.

Ardından söz alan baş məşqçi Tərlan Əhmədov yetirmələrinə inandığını bildirməklə bərabər, onlardan qələbə seriyası yaxalamağı da istəyib. Əhmədov Qəbələdəki nəticənin təsadüf olmadığını və bu nəticəni futbolçuların alın təri ilə qazandığını vurğulayıb. Baş məşqçi “Qarabağ” və “Sumqayıt”la növbəti görüşlərdə də maksimum nəticə gözlədiyini bildirib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31