19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Bakı”da klubdaxili toplantı: futbolçular söz verdilər! EKSKLÜZİV

 “Bakı”da klubdaxili toplantı keçirilib. Bu haqda Futbolxeber.az saytına klubun mətbuat xidmətinin rəhbəri İsgəndər İsgəndərov məlumat verib: “Bəli, bu gün toplantı baş tutub. İclasda klub rəhbərliyindən yalnız icraçı direktor Yaşar Seyidov iştirak edirdi. Eləcə də futbolçular və məşqçilər heyəti toplantıdaydı. Xeyli müzakirələr aparıldı. Seyidov klub prezidenti Hafiz Məmmədovun adından futbolçulara bildirdi ki, tezliklə komandanın bütün problemləri həll olunacaq. Bir qədər zamana ehtiyac var. Yaşar bəy vurğuladı ki, futbolçuların durumunu, narazılıqlarını başa düşür və tezliklə bütün problemlər geridə qalacaq. Komanda çıxdığı bu yolu axıra qədər getməlidir. Geri çəkilmək olmaz. “Bakı” çempionatda çıxışını dayandıra bilməz. Futbolçular da öz növbələrində rəhbərliyə inandıqlarını, sona kimi çətin duruma dözəcəklərini bildirdilər. Söz verildi ki, komandanın oyunlara çıxmamasından söhbət gedə bilməz. Biz də əlimizdən gələni edirik. İnanırıq ki, tezliklə vəziyyət düzələcək. Yükümüz ağır olsa da, sona kimi dözəcəyik”.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30