25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Berti Foqts: “Millinin hər bir futbolçusu ikiqat məsuliyyət hiss etməlidir”

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts affa.az saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, alman mütəxəssis yenilginin səbəblərini belə izah edib: "Avro-2016-nın seçmə mərhələsində keçirilmiş Azərbaycan - Bolqarıstan oyununun təhlilini, azarkeşlərin və şəxsi məyusluğumu nəzərə alaraq, milli komandanın baş məşqçisi kimi yalnız oyun barədə fikirlərimi deyil, həm də hisslərimi bölüşməyimi özümə borc bilirəm. Oyuna yaxşı başladıq. Məqsədimiz erkən qol vurmaq idi. Təxminən ilk 10-12 dəqiqə ərzində 2 qol epizodu yaratsaq da, futbolçularımızın fərdi ustalığının çatmaması ucbatından hesabı aça bilmədik. Rəqibin qapımız qarşısında yaratdığı, demək olar ki, ilk real qol epizodu isə qolla nəticələndi. Sevindirici məqam o oldu ki, hesabda geri düşməyimizə baxmayaraq, cavab qolu vura bildik. Amma bunu mütləq qeyd etməliyəm ki, rəsmi oyunlarda milli komandanın hər bir futbolçusu ikiqat məsuliyyət hiss etməlidir. Dəfələrlə bildirmişəm ki, beynəlxalq səviyyəli futbolla ayaqlaşa bilmək üçün klublarda da fiziki hazırlığın yüksəldiləməsi istiqamətində daha artıq iş görülməlidir. Milli komandada bir-birini çox yaxşı tanıyan futbolçular çıxış edir. Hətta komandaya yeni qoşulanlar da uyğunlaşma problemi yaşamır. Bilirəm ki, hazırda güclü təzyiqə məruz qalmışıq. Azarkeşlər də, AFFA rəhbərliyi də bizdən qələbə gözləyirdi. Çünki bu, birinci oyun olduğu üçün seçmə mərhələyə pozitiv əhval-ruhiyyədə başlamaq baxımından vacib amil idi. Təbii ki, mən də, futbolçular da qələbəyə hazırlaşmışdıq. Təəssüf ki, oyunun sonuna 3 dəqiqə qalmış buraxılan kobud səhv ucbatından həm 1, həm də 3 xaldan məhrum olduq. İlin sonuna qədər bizi qrupun favorit komandalarına qarşı 3 oyun gözləyir. Arzu edirəm ki, həmin oyunlaradək klublarında məşq edən futbolçular, eyni zamanda, millini də unutmasınlar”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30