19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Yaşar Seyidov: “Bakı” istənilən halda çempionatda oynayacaq”

"Bakı"nın icraçı direktoru Yaşar Seyidov futbolçularının maaşları gecikdiyi üçün məşqə çıxmaması haqda yayılan xəbərlərə münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, o, qol.az saytına açıqlamasında müəyyən futbolçuların etiraz etdiyini təsdiqləyib. Bildirib ki, buna baxmayaraq, komanda bugünkü məşqə çıxacaq: "Komandada baş verənlər maliyyə problemləri ilə əlaqədardır. Çalışırıq ki, məsələni tezliklə həll edək. Hazırda məşqçilər korpusu ilə bir yerdəyəm. Bir qədər sonra komandanın bütün futbolçuları ilə birgə məşqimiz olacaq. Müəyyən çətinliklərimiz var. Bunu dana bilmərik. Bu çətinliklərin də həll olunmasına ümid edirik".

"Bakı" futbolçularının Premyer Liqamızın növbəti turunda "Sumqayıt"la oyuna çıxmayacaqları haqda xəbərlər də yayılıb. Klub rəsmisi deyilənləri təkzib edib: "Bəzi futbolçuların etiraz etməsi o demək deyil ki, "Sumqayıt"la oyuna çıxmayacağıq. Mən həmin futbolçuları da başa düşürəm. Dünən futbolçularla bir daha danışmışam. İstənilən halda "Sumqayıt"la qarşılaşmada meydana çıxacağıq".

Y.Seyidov klubun maliyyə durumunun yaxşılaşmayacağı təqdirdə müəyyən dövlət qurumlarına müraciət edəcəklərini də bildirib: "Onsuz da AFFA bizə öz köməkliyini edir. Həmişə çətin vaxtlarda AFFA-nı öz yanımızda hisss edirik. Ancaq "Bakı" klubuna diqqət bir qədər çox olmalıdır. Çünki "Bakı"nın hazırda 6 təbii ot örtüyü olan meydançası var. Bunları saxlamaq üçün hər birinə ayda 7 min manat pul lazımdır. Bu bazanın qorunub saxlanılması böyük vəsait tələb edir. Əgər çətinliklərimizi yoluna qoya bilməsək, Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə və AFFA-ya müraciət edəcəm. Bilirsiniz ki, hazırda yüksək səviyyəli meydançalar məhduddur. Ancaq bizim meydançaların hamısı dünya standartlarına cavab verir. Bu stadionlar tək "Bakı" üçün yox, ölkəmiz üçün nəzərdə tutulub. Ona görə də bu məsələlərdə bizə müəyyən dəstək lazımdır. Əvvəllər maliyyə durumumuz yaxşı idi. Bütün xərcləri ödəyirdik. Ancaq indi köməyə ehtiyacımız var. Bu strukturu qorumaq lazımdır. Bizə dövlət tərəfindən müəyyən güzəştlər olunmalıdır".

Y.Seyidov komandada baş verənlər haqda klub prezidenti Hafiz Məmmədovu məlumatlandırdığını qeyd edib: "Elə bu gün Hafiz müəllimlə danışmışam. Söhbətimiz belə oldu ki, yaxın zamanlarda artıq bütün işlər yekunlaşacaq və problemlər öz həllini tapacaq. İstənilən halda "Bakı" çempionatda oynayacaq. Buna şübhəniz olmasın. "Bakı"nın futbolçuları digər klubların oyunçuları kimi deyil. Hazırda bizimlə olan futbolçular "Bakı"nın döyünən ürəyidir".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30