25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“İdman Azərbaycan”dan “Böyük oyun”un yayımlanmamasına rəsmi münasibət EKSKLÜZİV

“İdman Azərbaycan” kanalı “Neftçi” - “Xəzər Lənkəran” oyununun yayımlanmamasına rəsmi münasibət bildirib. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova Futbolxeber.az saytına verdiyi açıqlamada matçın yayımlanmamasının səbəbini belə izah edib: “Birincisi, Ramin Musayevin dünən elə sizin sayta verdiyi açıqlama hər şeyi deyir. İkincisi də, hazırda Özbəkistanda güləş üzrə dünya çempionatı keçirilir. Bizim də müqaviləmiz var və həmin yarışı mütləq canlı şəkildə yayımlamalıyıq. Sözləşməni poza bilmərik, buna görə məsuliyyət daşıyırıq. Güləşin də vaxtı oyunla üst-üstə düşür. Biz “Neftçi” - “Xəzər Lənkəran” matçını yayımlamaq istəyirdik. Bu oyunun axşam keçirilməsi nəzərdə tutulmuşdu. Lakin sonradan “Neftçi” tərəfi bildirdi ki, stadionda projektorlar olmadığından matç 17:30-da start götürəcək. Həmin vaxt isə bizim oyunu nümayiş etdirməyimiz qeyri-mümküdür. Saat 21:00-da AZAL - “Qarabağ” oyununu futbolsevərlərə təqdim edəcəyik. “Neftçi” – “Xəzər Lənkəran” görüşü həmin vaxt olsaydı, elə həmin oyunu göstərərdik”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30