28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Lippert: “Deməyə söz tapmıram”

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Portuqaliya - Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Bernhard Lippertin verdiyi açıqlamanı diqqətinizə çatdırırıq: “Xüsusilə, ikinci hissədə nümayiş etdirdiyi futbola görə komandaya təşəkkür düşür. Çox güclü rəqibə qarşı 82-ci dəqiqəyə qədər bərabər səviyyədə oynaya bildik. Uşaqlar əllərindən gələni etdilər. Əlbəttə, əsas milliyə gedən beş futbolçunun olmaması özünü göstərdi. Son iki matçda futbolçuların oyunu, mübarizə əzmi, əzmkarlığı qarşısında deməyə söz tapmıram. Portuqaliyalı həmkarım da oyundan sonra mənə yaxınlaşıb burada ən güclü müqavimət göstərən komandanın Azərbaycan yığması olduğunu bildirdi. Hakimlik barədə danışmağı xoşlamıram, lakin referi bizim buradan xalla qayıtmamağımız üçün əlindən gələni elədi. Çoxlu şübhəli qərarlar verdi. Nədənsə, şübhəli qərarlar ancaq bizim əleyhimizə olurdu. Onu da deyim ki, U-21-də əsas komandaya layiq futbolçular yenə var”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31