24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Berti Foqts: “70-ci dəqiqədən sonra komandada güc qalmadı”

“2 kobud səhvə yol verdik. Rəqib də bundan faydalanaraq, 2 qol vurdu. Qapımızda ilk qolu gördükdən sonra komandam çətinlik çəkirdi. Amma zaman keçdikcə vəziyyət dəyişdi. Qol da vurduq. 70 dəqiqə rəqiblə bərabər oynadıq. Amma ondan sonra güc qalmadı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Bolqarıstanla oyundan sonra milli komandamızın baş məşqçisi Berti Foqts deyib.

Alman mütəxəssis müdafiə xəttindən gileylənib: “Müdafiədə çətinliklərimiz var idi. Gənclər meydana çıxmışdı. Bilirdim ki, onların da təcrübəsi yoxdu. Amma daha inamlı təsir bağışlacaqlarına ümid edirdim”.  

Foqts qeyd edib ki, o, futbolçuların fiziki durumunu yaxşılaşdıra bilməz: “10 gün ərzində futbolçuların fiziki vəziyyətini düzəldə bilmərəm. Ölkə çempionatında komandalar 3 gündən bir oynaya bilmirlər”.

Foqts növbəti oyunlarda uğurlu nəticəyə inandığını qeyd edib: “İşimiz çətinləşdi. Ümid edirdim ki, qələbə qazanacağıq. Ən pis halda 1 xal qazanacağımıza inanırdım. Lakin alınmadı. Bu, ilk oyun idi. İndi səhvlərimiz üzərində işləyib, növbəti matçlara hazırlaşmalıyıq”.

  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30