19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Elnur Əşrəfoğlu: “Məgər, çempionatın yayım hüququ “Neftçi”yə məxsusdur?”

“HANSI KANAL “NEFTÇİ” - “XƏZƏR LƏNKƏRAN” OYUNUNU YAYIMLAMAQ ISTƏYIRSƏ, BUYURSUN, YAYIMLASIN”

“Mətbuatda “Neftçi” haqda yazılan məlumatların hamısı ilə tanışam. Amma anlamıram ki, “Xəzər Lənkəran”la oyunun yayımlanmamasına görə nə üçün “Neftçi”ni ittiham edirlər? Məgər, çempionatın yayım hüququ “Neftçi”yə məxsusdur?” Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Neftçi”də prezidentin müşaviri vəzifəsini icra edən Elnur Əşrəfoğlu deyib.

Klub rəsmisi özlərinin də oyunun yayımlanmasında maraqlı olduqlarını qeyd edib: “Ayın 13-də, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda “Neftçi” “Xəzər Lənkəran”ı qəbul edəcək. Oyun saat 17:30-da başlayır. Hansı kanal bu oyunu yayımlamaq istəyirsə, buyursun, yayımlasın. Biz də oyunun yayımlanmasında maraqlıyıq. Bunun üçün kanallara əlimizdən gələn köməyi də göstərməyə hazırıq. Onlar üçün hər cür şərait yaradacağıq. Bu məsələdə “Neftçi”ni ittiham etmək düzgün deyil. Məgər, biz açıqlama vermişik ki, oyunun televiziya vasitəsi ilə yayımlanmasını istəmirik? “Neftçi” hər zaman bu məsələdə haqq səsini ucaldıb. İstər ev, istərsə də səfər oyunlarımızın yayımlanmasının tərəfdarı olmuşuq. Çempionatda yayım məsələsini kim nizamlayır? “Neftçi”?  Əlbəttə ki, yox. Buna cavabdeh olan şəxslər var. Qoy, onlar desinlər ki oyunu nəyə görə yayımlamırlar. Yenə deyirəm, biz matçın canlı yayımlanmasını istəyirik. Oyuna hələ bir neçə gün var. Kim istəsə, hansı kanalın könlündən keçsə, “Neftçi” - “Xəzər Lənkəran” oyununu canlı yayımlaya bilər. Bu günə kimi heç bir kanal oyunu yayımlamaq istəyi ilə bağlı bizə müraciət etməyib. Mətbuatda buna görə bizi tənqid edənləri heç cür anlamıram. Axı, burda “Neftçi”lik nə var ki?”

“Xəzər Lənkəran”ın internet saytı vasitəsi ilə oyunu yayımlamasına niyə qarşısınız” sualını Elnur Əşrəfoğlu belə cavablandırıb: “Mən bu məsələyə münasibət bildirərkən demişəm ki, oyunun internetlə deyil, televiziya ilə yayınlanmasının tərəfdayıq. Yaxşı olar ki, oyun məhz televiziya vasitəsi ilə azarkeşlərə təqdim olunsun. Biz bu məsələdə “Xəzər Lənkəran”a maneə yaratmaq fikrində deyilik. Əgər, oyunu heç bir kanal yayımlama, o zaman “Xəzər Lənkəran”la danışıqlar aparacağıq. Burada bəzi nüanslar var. Razılığa gəlsək, oyunun internetlə yayımlanmasında heç bir problem olmayacaq. Əksinə, biz əlimizdən gələn köməyi edəcəyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30