20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Futbolçu nə edəcəyini bilmir”

AFFA İcraiyyə Komitəsinin iclasında qəbul edilən qərara əsasən Premyer Liqada çıxış edən klublara AFFA tərəfindən yeni idman direktorları təyin edildi. Futbolxeber.az-ın məlumatına görə, 10 fərqli ölkədə iş təcrübəsi olan almaniyalı mütəxəssis Torsten Spittler “Bakı”ya təyinat aldı. Onun klubun rəsmi saytına müsahibəsini təqdim edirik:

- 3 aydır ki, yeni işə başlamısınız. İlk öncə bu münasibətlə sizi təbrik edirik. Özünüz barədə məlumat verərdiniz?

- Təşəkkür edirəm. Mən Almaniyanın Münhen vilayətindənəm. Orada mövcud olan bütün məşqçi lisenziyalarına yiyələnmişəm. UEFA Pro lisenziyam var. Münhen Universitetində İdman təhsili almışam, məşqçi kimi işə “Münhen 1860” komandasında başlamışam. Daha sonra Almaniya Futbol Federasiyasında məşqçilərlə bağlı işlərdə çalışmışam. Aşağı yaş qrupları üzrə milli komandalara Bavariya əyaləti üzrə oyunçuların seçimi ilə məşğul olmuşam. Uzun illər federasiyanın xətti ilə ölkə xaricində çalışmışam. Bəzilərində məşqçi, bəzilərində texniki direktor və gənclər komandalarına cavabdeh kimi işləmişəm. Həmçinin Nepal və Malayziya millilərində çalışmışam.

- Klubla bağlı hansı fəaliyyət planınız var?

- Ümumilikdə burada görəcəyimiz işlər çoxdur. Uşaq və gənclər üçün təlimlərdə iştirak edərək məşqlərin keyfiyyətini artırmalıyıq. Məşqçilərin savadlarının artırılması məqsədi ilə müəyyən işlər görüləcək. Onlara müxtəlif seminarlar keçəcəyik. Son illər dünya futbolunda bir sıra dəyişikliklər olub. Futbolu inkişaf etdirmək istəyən ölkələr əsasən Almaniya, Hollandiya və İspaniya modellərindən yararlanır. Bilirsiniz, mən almanam. Təbii ki, o mühitdə böyüdüyüm üçün daha çox alman futbol modelinə üstünlük verirəm. Hamımız Almaniyanın dünya çempionu olmasını gördük. Bu nəticəni əldə etmək üçün təxminən 15 il vaxt sərf olunub. Futbol inkişafının əsasında uşaqlarla iş durur.

- Müəyyən müddətdir ki Azərbaycandasınız. Bizim futbolçuları iş başında izləmisiniz. Məşqçi kimi onların texniki və taktiki hazırlığı size qane edirmi?

- Ötən mövsümün sonundan etibarən U-17-dən U-11-ə kimi bütün komandalarla tanış oldum. Müəyyən oyunları izlədim. Nəinki “Bakı” futbol klubunda ümumilikdə, Azərbaycanda futbolçuların səviyyəsi çox aşağıdır. Bu o demək deyil ki, azərbaycanlı uşaqların istedadı yoxdur. Hazırkı durum son illər ölkədəki futbol məşqçilərinin səriştəsizliyinin nəticəsidir. İşlər ya aşağı səviyyədə qurulub, ya da ümumiyyətlə qurulmayıb. Əgər kimsə metodiki cəhətdən səhv işləriysə, bu sonunda futbolçunun oyununda öz əksini tapır. Futbolçu nə edəcəyini bilmir. Məşq və oyun zamanı etdiklərini nəticə olaraq görməyən futbolçu səviyyəsini artıra bilmir. Buna görə tək mən yox, mənim kimi bir çox ekspertlər Hollandiya və Almaniyadan dəvət olunublar. Təlim-məşq və metodiki işlərin keyfiyyətini artırmağa çalışacağıq.

Hazırladı: Rafael İbadov




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30