20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Oğuz Çətin: “Azərbaycanın Avro-2016-ya yollanması yuxu deyil”

“Azərbaycanın Avropa çempionatına yollanması mümkündür. Bu, yuxu deyil”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin deyib.

Türkiyəli mütəxəssisin fikricə, qitə birinciliyində iştirakçıların sayının artırılması müsbət məqamdır: “Xatırlayırsınızsa, bir neçə il əvvəl Latviya Avropa çempionatına vəsiqə qazandı. O vaxt turnirdə cəmi 16 komanda mübarizə aparırdı. İndi də iştirakçı sayı 16 olsaydı, Azərbaycanın işi çətin olardı. İtaliya və Xorvatiyanın yer aldığı qrupda ikinci yerə ümid etmək çətindir. Amma indi vəziyyət fərqlidir. Komandaların sayının artırılması Azərbaycan üçün bir şansdır. Uğura inanmaq, məqsədə planlı şəkildə nail olmaq lazımdır. Əvvvəldən planlaşdırmalısan ki, hansı oyunda sənə 3, hansında isə 1 xal lazımdır. Hər xalın önəmi böyükdür. Çünki 1 xal belə hər şeyi həll edə bilər. 1996-cı ildə Türkiyə millisi ilk dəfə Avropa çempionatına qatıldı. Seçmə mərhələdən əvvəl baş tutan püşkatmada biz beşinci səbətdəydik. Amma yekunda qrup ikincisi olduq. İndi də bu uğuru Azərbaycan millisi təkrarlaya bilər”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30